Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Elmi seminarın növbəti iclası keçirildi


AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Riyazi analiz”, “Funksional analiz” və “Qeyri-harmonik analiz” şöbələrinin birgə iclasında 14 fevral 2023-cü il tarixində saat 1200-da Xəyyam Əli oğlu Bədəlovun “Riss potensialı və sinqulyar inteqral operatorların dəyişən dərəcəli çəkili Morri fəzalarında məhdudluğu” mövzusunda 1202.01-Analiz və funksional analiz ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru dissertasiya işinin ilkin müzakirəsi keçirilmişdir.

İclası “Funksional analiz” şöbəsinin müdiri professor Həmdulla Aslanov açaraq sözü iddiaçı Xəyyam Bədəlova vermişdir. X.Bədəlov dissertasiyanın əhatə etdiyi mövzular haqqında məlumat verdikdən sonra “Riyazi analiz” şöbəsinin baş elmi işçisi r.e.d. Rövşən Bəndəliyev, “Qeyri-harmonik analiz” şöbəsinin böyük elmi işçisi r.e.d. Miqdad İsmayılov, “Funksional analiz” şöbəsinin müdiri professor Həmdulla Aslanov iş haqqında verdikləri  öz müsbət rəylərini bildirdilər.

Çıxış üçün söz alan AMEA-nın müxbir üzvü, professor Bilal Bilalov, “Qeyri-harmonik analiz” şöbəsinin baş elmi işçisi r.e.d. Telman Qasımov iş haqqında öz müsbət fikirlərini bildirmiş, iddiaçıya uğurlar arzulamışlar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər