16/02/2023
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Neft və Qaz İnstitutunun təşkilatçılığı ilə 23-26 may 2023-cü il tarixlərində Bakı şəhərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN NEFT STRATEGİYASI: Neft-qaz geologiyası və geotexnologiyalarında irəliləyişlər” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçiriləcəkdir.
Konfransda neft-qaz geologiyası, geokimyası, geofizikası, neft və qaz yataqlarının işlənməsi, quyuların qazılması, süxur mexanikası və geoekologiya istiqamətləri üzrə alim və mütəxəssislər iştirak etməyə dəvət olunur.
Konfransın əsas elmi istiqamətləri:
Konfrans çərçivəsində “Yerin deqazasiyası, istixana qazlarının emissiyaları və karbon qazının basdırılması şəraiti” mövzusunda elmi forumun keçirilməsi nəzərdə tutulur.
Konfrans haqqında daha ətraflı məlumatı https://conference.ogi.az/ rəsmi internet saytından əldə etmək olar.
Konfrans üçün tezislərin qəbulu artıq başlamış və 10 aprel 2023-cü il tarixinədək davam edəcəkdir. Konfransın rəsmi dilləri: azərbaycan, ingilis və rus dilidir. Məruzənin genişləndirilmiş tezisi bu dillərdən birində yazıla bilər.
Tezis təklif olunan şablonda tərtib edilməli və 4 səhifədən ibarət olmalıdır. Azərbaycan, ingilis və rus dillərində şablonları konfransın saytından endirmək olar. Şablondakı mətnlər tələblərə uyğun formatdadır, onları sadəcə öz mətninizlə əvəz etmək kifayətdir. Tezis annotasiya, açar sözlər, və strukturlaşmış əsas mətn (giriş, metod və/və ya nəzəriyyə, müzakirə və nəticə bölmələri olmaqla) formasında tərtib edilməlidir. Tezisə ən azı 1 şəkil əlavə etmək mütləqdir. Tezisin sonunda istifadə edilmiş ədəbiyyat siyahısı yerləşdirilməlidir. Tezislərin tərtibatı haqqında daha ətraflı məlumat şablonda yerləşdirilmişdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.