Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Azərbaycan alimlərinin məqaləsinə müxtəlif dünya alimləri tərəfindən istinadlar edilir


Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşları Vüqar İsmayılov və Namiq Quliyevin Beynəlxalq, Avropa və Yaponiya Neyron Şəbəkələr Cəmiyyətlərinin rəsmi jurnalı olan “Neural Networks” jurnalında 2018-ci ildə çap etdirdikiləri “On the approximation by single hidden layer feedforward neural networks with fixed weights” adlı məqaləyə olan istinadların sayı Google Scholar bazasında 100-ə çatmışdır. İstinadların 95-i müxtəlif xarici mütəxəssislər tərəfindən edilib. Məqalə ilə aşağıdakı səhifədə tanış olmaq olar:

https://doi.org/10.1016/j.neunet.2017.12.007

Məqalədə göstərilmişdir ki, gizli layında cəmi 2 neyron olan, qeyd edilmiş çəkiyə malik birqat gizli laylı neyron şəbəkə istənilən kompakt çoxluq üzərində istənilən birdəyişənli kəsilməz funksiyanı ixtiyari dəqiqliklə approksimasiya edə bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər