Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Robot balıqlar okeanı təmizləyəcək


Elm dünyasının bu dəfəki yeniliyi okeandakı yaşamı təhdid edən problemlərin sonunu gətirə bilər. Belə ki, həm okean sularını, həm də orada yaşayan canlıları zərərverici, mikro plastik çirkləndiricilərdən xilas etmək üçün yola çıxan alimlər kiçik robot balıqlar hazırlayıblar.

“Science news” jurnalında yayımlanan xəbərə görə, Sichuan Universitetinin Polimer Tədqiqat İnstitutunun alimləri zərərli mikroplastikləri təmizləmək məqsədilə suda üzə, öz-özünə hərəkət edə bilən robot balıq ərsəyə gətiriblər. Xüsusi bir bəslənməyə və qəlsəməyə ehtiyacı olmayan bu balıqların funksiyası su hövzələrindən sadəcə, mikroplastikləri toplamaq olacaq.

Uzunluğu 13 millimetr, saniyədə isə təxminən 30 millimetr sürətlə üzə bilən bionik canlı təbiətdən ilhamlanmış materiallardan hazırlanıb. İstiridyə qabıqlarının daxili təbəqəsinin yumşaqlığı, elastikliyi və davamlılığına malik olan robot balıqlar sərt sulara tab gətirə bilmək üçün nəzərdə tutulub və hər hansı bir problem zamanı isə vücudunun təxminən 89 faizi özünü bərpa edə bilir.

Hələ ki, sınaq mərhələsində olan robotun suyun altındakı çətinliklərə uyğunlaşması və davam gətirməsi üçün daha da inkişaf etdirilməsi nəzərdə tutulur.

respublika.az

Faydalı linklər