Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Elm” qəzetinin növbəti sayı nəşr olunub


AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin növbəti sayı çapdan çıxıb.

Qəzetin ilk səhifəsində Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Almaniyaya səfərinə dair məlumat yer alıb.

Bundan əlavə, “Heydər Əliyev İli” çərçivəsində AMEA-nın Tədbirlər planının icra vəziyyəti və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə, “Azərbaycan dilinin İKT problemləri, İKT-nin Azərbaycan dili problemləri” adlı respublika elmi-praktiki konfransı, “Heydər Əliyev və dövlət dilinin inkişafı”, “Birinci vitse-prezident dövlətçilik institutu: xanım Mehriban Əliyevanın geosiyasi, ictimai-mədəni və humanitar diplomatiyada rolu”, “Türkiyədə baş verən zəlzələ: ilkin vəziyyəti və mövcud reallıqlar”, “Din pərdəsinə bürünmüş rəzillik”, “Terrorçu zehinli molla rejiminin anti-Azərbaycan siyasəti”, “Ermənilərin Zəngəzur qəzasında törətdikləri soyqırımlar”, “Tarixi ədalət bərpa edilməlidir”, “Xocalı soyqırımının poemalarda ifadəsi”, “Nadir və nəsli kəsilməkdə olan fauna növlərinin yeni siyahısı” sərlövhəli məqalələr, yeni nəşrlər və s. informasiyalarla tanış ola bilərsiniz.

© Mənbə: www.science.az

Faydalı linklər