Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Gənc Alim və Mütəxəssislər Şurasının “Kiçik akademiya”larla əməkdaşlığı çərçivəsində növbəti görüş baş tutub


AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurası (GAMŞ) tərəfindən “Kiçik akademiya”larla əməkdaşlıq çərçivəsində keçirilən silsilə görüşlərdən biri 246 nömrəli məktəb-liseydə baş tutub.

Tədbirdə Riyaziyyat və Mexanika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri iştirak ediblər.

Əsas məqsəd məktəbin nəzdində fəaliyyət göstərən “Kiçik akademiya”nın fəaliyyəti ilə daha yaxından tanış olmaq, elm və təhsilin inteqrasiyasına töhfə vermək,  istedadlı gəncləri elmə həvəsləndirmək olub.

Öncə məktəbin direktoru Elmar Həşimov şura üzvlərinə “Kiçik akademiya”nın fəaliyyəti barədə ətraflı məlumat verib.

Sonra “Kiçik akademiya”nın rəhbəri, məktəbin tarix müəllimi Şücaət Qafarova istedadlı şagirdləri və onların mövzularını təqdim edib.

Tədbirdə VII, VIII, IX, sinif şagirdlərinin təqdimatında “Qızıl nisbət”, “Ərəb rəqəmləri”, “Kub tənliklər üçün Viyet teoremi”, “Rəqəmlərin sirri” və “Bölünmə əlamətləri” mövzularında elmi və elmi populyar məruzələr dinlənilib.

Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, m.ü.f.d. Pərviz Müseyibli şagirdlərin məruzələrini yüksək qiymətləndirib. O, elm və təhsilin vəhdəti baxımından bu cür tədbirlərin davamlı olaraq keçirilməsini məqsədəuyğun hesab edib.

Riyaziyyat və Mexanika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədr müavini r.ü.f.d. Aida Əsgərova isə şagirdlərin məruzələri və mövzu seçimləri ilə bağlı tövsiyələrini verib, onlara uğurlar arzulayıb.

Tədbirdə, Şuranın üzvləri Aytən Mövsümova, Yetər Fərhadova və Aişən Məmmədova çıxışçılar və məruzələrlə bağlı öz fikirlərini səsləndiriblər.

Sonda gənc alimlər elmə həvəsi olan şagirdlərə hər zaman dəstək olacaqlarını və məktəbdə fəaliyyət göstərən “Kiçik Akademiya”  ilə mütəmadi olaraq görüşlərin keçiriləcəyini vurğulayıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər