Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Bunları bilmək maraqlıdır


Bu qanunu Nyuton kəşf etməyib?

Bu yaxınlarda dahi ingilis fiziki Nyutonun məşhur qanunu ilə bağlı maraqlı bir fakt üzə çıxıb. Elm adamları italyan alimi Leonardo da Vinçinin qeydlərini təhlil edərkən onun ümumdünya cazibə qanununu Nyutondan 150 il öncə kəşf etdiyini müəyyən ediblər.

Kaliforniya Texnologiya İnstitutunun tədqiqatçıları Leonardo da Vinçinin qeyd dəftərində alimin cazibə qüvvəsinin düşən cisimlərə təsir etdiyini bildiyini və sərbəstdüşmə sürətini hesabladığını göstərən təcrübələrinə dair bəzi dəlillər tapıblar. Tədqiqatçıların fikrincə, dahi alim sürətlənməni təsvir etmək üçün riyazi tənlik yaratmağa çalışsa da, orada ilişib qalıb.

Bununla belə, kompüter simulyasiyalarının nəticələri göstərib ki, alim təsvir etdiyi təcrübələri həyata keçirə bilsəydi, sərbəstdüşmə sürətini 97 faiz dəqiqliklə hesablaya bilərdi. Tədqiqatçılar bunu 1452-1519-cu illər arasında yaşayıb-yaratmış, öz dövrünü qabaqlayan alimin qəti bir qanun kəşf etməsi üçün xüsusi cihazlara sahib olmaması ilə əlaqələndirirlər. Bununla belə, o, əlində olan üsullardan – həndəsədən istifadə edərək, cazibə qanununu kəşf etməyə bacardığı qədər yaxın olub.

respublika-news.az

Faydalı linklər