Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Misirin ən güclü fironu II Ramzesin üzü 3200 ildən sonra ilk dəfə bərpa edilib


Qədim Misirin ən güclü fironu II Ramzesin üzü 3200 ildən sonra ilk dəfə bərpa olundu. Britaniya və Misir alimləri Ramzesin mumiyasını tomoqrafiya cihazı ilə skan ediblər. Tədqiqatçılar qocalma prosesini tərsinə çevirərək II Ramzesin cizgilərini canlandırıblar. Kəllə sümüyünün 3D modelini yaradan Qahirə Universitetindən Sahar Saleem, nəticənin “çox yaraşıqlı” bir monarxı ortaya çıxardığını söyləyib.

“Yenidən qurulmuş üz II Ramzesin çıxıntılı burnu və güclü çənəsi olan çox yaraşıqlı bir misirli olduğunu ortaya qoydu” deyib Saleem.

Böyük Ramzes kimi tanınan II. Ramzes eramızdan əvvəl 13-cü əsrdə Qədim Misiri idarə edib. Onun ailəsi Akhenatonun hakimiyyətindən bir neçə onilliklər sonra hakimiyyətə gəlib. II Ramzes Suriyanın cənubundakı üsyanları yatıraraq və Kadeş döyüşündə hetlərlə vuruşaraq Misirin gücünü bərpa edib. Qaliley və Amor şəhərlərini tutub, lakin hetləri məğlub edə bilmədiyi üçün eramızdan əvvəl 1258-ci ildə sülh müqaviləsini qəbul edib. Ramzesin rifahını onun gördüyü tikintinin miqdarı ilə ölçmək olar. O, Nil deltasında əvvəllər hərbi ekspedisiyalar üçün baza kimi bir şəhər qurub və atasının başladığı Osiris məbədinin tikintisinə yenidən başlayıb.  Karnakdakı məbədi əlavə edib və Luksorda atası üçün dəfn məbədini tamamlayıb. Nubiyada altı məbəd tikib, ən məşhuru Əbu Simbeldəki məbədlərdir. Digər tərəfdən, təxminən 90 il ömür sürdüyü təxmin edilən II Ramzes uzun həyatı boyunca dəfələrlə evlənib. Fironun 200-dən çox arvadı və 100-dən çox uşağı olub və onların əksəriyyəti sağ qalıb. İlk arvadı Nefertari idi və ona Əbu Simbeldəki məbədlərdən birini həsr etmişdir. Bununla belə, II Ramzesin bəzi evliliklərində diplomatiya da rol oynayıb. II Ramzes eramızdan əvvəl 1258-ci ildə Misir-Hit Sülh Müqaviləsi tərtib edildikdən sonra bir və ya iki Het şahzadəsi ilə evlənib.

ntv.com.tr

Faydalı linklər