Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

İnsan beyninə yaxın materiallardan yeni kompüter hazırlanır 


Alimlər insan beynini gücləndirən materiallardan kompüterlər istehsal etmək üçün hərəkətə keçib. Məlumata görə, bu komputerlərin bioloji aparat kimi istifadə olunacağı gözlənilir. İndiyə qədər icad eidlən heç bir texnika insanların öz beyinlərindən istifadə edərkən əldə etdiyi uğurlara yaxınlaşa bilməyib.

Elm adamları üç ölçülü beyin hüceyrələrindən hazırlanmış biokompüterlərlə bu arzuya yaxınlaşmağı ümid edirlər. Tədqiqatçılar kompüterləri gücləndirmək üçün beyin orqanoidlərinə diqqət yetirəcək yeni tədqiqatlar təklif edib.

Orqanoidlər laboratoriyada istehsal olunur, lakin onlar beynin funksiyası və nümunələri ilə bağlı mühüm aspektlərə malikdir. Tədqiqatçılar belə biokompüterlərin silikon əsaslı kompüterlərdən daha sürətli öyrənməsini gözləyir.

milli.az

Faydalı linklər