Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Riyaziyyat və Mexanika İnstitutunda 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunan tədbir keçirilib


Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun Həmkarlar İttifaqının təşkilatçılığı ilə 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunan tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan institutun baş direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov sözügedən müəssisənin xanım əməkdaşlarını onların timsalında bütün Azərbaycan xanımlarını Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edib, onlara can sağlığı və elmi fəaliyyətlərində uğurlar arzulayıb. Qeyd edib ki, bütün dövrlərdə tutduğu mühüm mövqe ilə seçilən qadınlar hər zaman cəmiyyətin ən dəyərli nümayəndələri kimi qiymətləndirilib. Xüsusən də Azərbaycan qadını həmişə öz iradəsi, mərdliyi, sədaqəti, ailəyə, vətənə bağlılığı ilə seçiliblər. Azərbaycan qadınlarının elm sahəsində əldə etdiyi nailiyyətlərdən, bütövlükdə elmdə gender bərabərliyi və dövlətin yaratdığı geniş imkanlardan danışıb.

Bildirib ki, Azərbaycan cəmiyyətində qadının yeri daim uca tutulmuş, ən ali hörmətə, dəyərlərə layiq görülmüşdür. Qeyd edib ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra onlar ölkənin ictimai-siyasi və sosial-iqtisadi həyatının fəal iştirakçısına çevrilib, təhsil, səhiyyə, elm və mədəniyyət sahələrində çoxsaylı nailiyyətlər qazanıblar.

Tədbirdə iştirak edən Azərbaycan teatr və kino aktrisası, Əməkdar artist Sənubər İskəndərli  öncə institutda çalışan xanım əməkdaşları bu əlamətdar gün münasibətilə ürəkdən təbrik edib, onlara gələcək işlərində uğurlar və ailə xoşbəxtliyi arzulayıb. Qeyd edib ki, Azərbaycan qadını hər zaman sədaqətliliyin və gözəlliyin rəmzi olmuş, əsrlər boyu öz mübarizliyi, fədakarlığı və müdrikliyi ilə seçilib. Azərbaycan qadını bütün dövrlərdə öz istedadı, zəkası, iradəsi və əzmi ilə milli – mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstərmişdir.

Aktrisa, qadınlara öz ürək sözlərinin çatdıraraq, onlara cəmiyyətdə, ailədə, xalqımızın milli-mənəvi dəyərlərinin formalaşması, inkişafı və qorunması yolunda müvəffəqiyyətlər arzulayıb.

Tədbirin sonunda institutun qadın əməkdaşlarına bayram münasibətilə hədiyyələr təqdim edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər