Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Bunları bilmək maraqlıdır


Metallar 

Yer kürəsində olan elementlərin təqribən üçdə ikisi metaldan ibarətdir. Onlardan  ən çox istifadə olunan  dəmir, mis və alüminium hesab olunur.

İnsanlar ən qədim zamanlardan başlayaraq metallardan istifadə edirlər. Bu metalların sırasına dəmir, mis və qalay daxildir. Onlardan əmək alətləri və silahlar düzəldilirdi. Çox erkən dövrlərdə kəşf olunmuş qızıl və gümüşdən isə bəzək əşyalarının hazırlanmasında istifadə olunurdu.

Bəşəriyyətin  tarixində təqribən 166.000 ton qızıl hasil edilmişdir ki, bu da bugünkü məzənnə ilə 9 trilyon dollara bərabərdir. Alimlərin sözlərinə görə,  sarı metalın 80 %-dən çoxu insanların  bağırsaqlarında toplanır.

Maraqlı bir fakt budur ki, Fransız kino aktyoru Mişel Lotito  metal yeyən  bir insan kimi tanınırdı. Deyilənlərə görə, o  ümumilikdə 9 tona qədər müxtəlif metal yemişdi.  Metalların çoxu əridilənə kimi bərk, bəziləri isə yumşaq və parıltılı olmaqla istiliyi və elektriki yaxşı keçirirlər (xüsusilə mis və gümüş).

Bu gün dünyanın ən bahalı metalı osmium-1870-dir. Onun 1 qramının dəyəri 200 min dollardır. İlk dəfə bu metal İngiltərədə platinlə azotun qarışığından alınıb. Adi halda bu metala rast gəlinmir. Rast gəlinsə də, toz halında olur. O ən bahalı metal olmaqla yanaşı, həm də çox məhsuldardır. Qeyd edək ki, bu metaldan nüvə silahlarının hazırlanması, dərman preparatlarının əldə edilməsi və kosmik sənayedə istifadə edilir. Bu metaldan çox nadir hallarda zinət əşyalarında da istifadə olunur. Osmium əldə edən dövlətlərdən heç biri bu məhsulun ixracı ilə məşğul deyil. Yalnız Qazaxıstan vaxtilə onun 1 qramını 10 min dollara satıb. Bu gün isə onun satışı, ümumiyyətlə, qadağan olunub,  onu yalnız “qara bazar”da əldə etmək mümkündür.

Hazırda planetdə ən çox yayılmış metal aliminiumdur. Dünyanın ən yüngül metalı lityumdur. Titan hazırda dünyanın ən sərt metalı hesab olunur.

Metallar  adətən iki qrupa bölünür: qara və əlvan metallar. Qara metallar dəmir və onun ərintiləri olan polad və çuqundan ibarətdir. Qalan metallar isə əlvan metallar qrupunu təşkil edir. Əlvan metallar öz növbəsində yüngül, ağır, nadir və nəcib metallar qrupuna ayrılır.

Qara metallar çox qiymətli mexaniki, texnoloji və s. xassələrə malikdir. Dünyada istehsal edilən materialların ümumi miqdarının təxminən 94%-ni qara metallar təşkil edir. Buna görə də hər hansı ölkənin xalq təsərrüfatının texniki səviyyəsi, ən əvvəl həmin ölkədə əridilən qara metalların miqdarı ilə xarakterizə olunur.

Əlvan metallar və bunların ərintiləri əlavə olaraq bir sıra xüsusi xassələrə malikdir. Məsələn: yüksək elektrik və istilik keçiriciliyinə, korroziyaya, sürtünmə və mexaniki yeyilməyə qarşı davamlılığa malik olmaları ilə fərqlənirlər. Alüminium, maqnezium və s. kimi yüngül metalların əsasında yaradılan ərintilər yüngül olduqlarından təyyarə, kosmik gəmilər, süni peyklər və raket istehsalında geniş tətbiq edilməkdədir.  Molibden, volfram, vanadium, titan, niobium, kobalt və s. kimi metallardan korroziyaya və odadavamlı olan polad və xüsusi ərinti növlərinin alınmasında geniş istifadə edilir. Nəcib metallar, o cümlədən platin, qızıl, gümüş saf və ya ərintilər şəklində işlənmir.  Onlar əsasən  həssas, dəqiq və paslanmayan cihazların hazırlanmasında istifadə edilir.

Gümüşün bakteriyaları öldürdüyü elmi olaraq sübut edilmişdir.

Bəzi metallar yumşaqdır, onlardan lazım olan məmulatı asanlıqla  düzəltmək və ya nazik sim çəkmək mümkündür. Digər metallar isə kövrək olduqlarına görə asanlıqla sınır, bəziləri isə o qədər bərkdir ki, onlarla işləmək çox çətin olur. Metalları qarışdırıb xəlitə (ərinti) almaq olar, belə xəlitələr hazırlandıqları metallardan fərqli xüsusiyyətlərə malik olur. Məsələn, tunc qalay ilə misin xəlitəsidir, amma o, bu metalların hər ikisindən qat-qat möhkəmdir.

Qızıl və platin kimi nadir metallardan fərqli olaraq dəmir, alüminium kimi metalların Yerdə çox böyük ehtiyatları var. Metallar təmiz halda və ya başqa elementlərlə qarışıq-mineral halda tapıla bilərlər. Məsələn, filiz metalın oksigenlə qarışığı şəklində çıxarılır.

Faydalı linklər