Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Möcüzəvi Pi ədədi”


Dünyanın ən sirli rəqəmlərindən biri Pi ədədidir 3. 14 başlayıb sonsuza qədər gedən məhşur irrasional ədəddir. Təqvimə görə 3 –cü ayın  14 –cü günü  qeyd olunması da məhs bu ədədin yazılışındakı 3 və 14 rəqəmləri ilə bağlıdır. Pi günü ilk dəfə təntənəli şəkildə 1988-ci ildə məhşur fizik  Larry Shaw tərəfindən  ABŞ-ın San- Fransisko şəhərində qeyd edilmişdir və 12 mart 2009-cu ildə ABŞ Təmsilçilər Məclisi tərəfindən 14 Mart beynəlxalq Pi günü elan edilib. Niyə görə Pi günü xüsusi qeyd edilir ?

Pi ədədinə riyaziyyat dərslərindən başqa haralarda rast gəlirik?  Demək olar ki, hər yerdə.  Pi ədədi çevrənin uzunluğunun onun diametri ilə  nisbətinə   bərabər olan riyazi sabitdir. Pi sayının simvolu “π”, Yunan əlifbasının 16-cı hərfidir. Bu hərf, eyni zamanda, Yunanca çevrə mənasını verən “perimetier” sözünün də ilk hərfidir. İsveçrəli riyaziyyatçı Leonard Euler 1737-ci ildə nəşr etdiyi əsərində, çevrə uzunluğunun diametrinə nisbəti söz mövzusu olduğunda, bu simvolu istifadə etdi. Leonard Eulerdən əvvəl gələn bəzi riyaziyyatçılar tərəfindən də bu simvol istifadə edilmişdir. Ancaq Leonard Eulerdən sonra gələn bütün riyaziyyatçılar bu simvolu mənimsəyib istifadə etdilər. Pi həmdə Arximed sabiti və Ludolf ədədi olaraq da bilinir.

Isaac Newton, Leonhard Euler, Fabrice Bellard, Nilakantha Somayaji və Franciscus Vieta kimi elm tarixinin ən əhəmiyyətli adları, Pi sayını istifadə edərək fərqli düsturlar meydana gətirmişlər. Əsrlər əvvəl belə riyaziyyatçılar Pi sabitinə istifadə edərək fərqli sahələrdə hesablamalar edilməsini təmin edəcək düsturlar üzərində çalışmışlar. Pi sayının sonsuza qədər dövrlü bir şəkildə davam edən olması riyaziyyatçıların bu ədədə olan marağının artmasına səbəb olmuşdur. Günümüzə qədər bir çox riyaziyyatçı Pi sayının tam dəyərini ya da varsa təkrar periodunu tapmaq üçün saysız araşdırma etmişdir. Necə ki 2010-ci ildə Fabrice Bellard, Chudnovsky alqoritmini istifadə edərək Pi sayının ilk “2.699.999.990.000” pilləsini tapmağı bacarmışdır.

Hələ kompüter texnologiyaların ixtirasından öncə əl ilə hesablayaraq Pi ədədinə daxil olan 620 rəqəmi tapıblar. Texnologiyanın inkişafılə isə hesablamaların sayı artmağa başlayır. İsveçrə mütəxəssisləri 2021-ci ilin yayında 108 gün kompüterlə işləyərək Pi ədədinin 62. 8 trilyon rəqəmini hesablayıblar. Bu say bizim üçün çox görünsədə sonsuza qədər davam edən bir ədəd üçün heç də çox deyildi.

Yaddaşı yaxşı olan insanlar isə, Pi ədədinə daxil olan bu rəqəmlərdən ən çox 70 000  rəqəmi əzbərləyə biliblər.  Əslində isə bu qədər rəqəmi əzbərləməyə ehtiyac olmayıb.

Pi –nin ilk 152 rəqəmini bilmək demək olar ki, bütün araşdırmalara bəhs edə bilir.

NASA-da öz araşdırmalarının bəzilərində Pi-nin ilk 15 rəqəmindən istifadə edərək  kifayətlənib. Şübhəsiz ki, riyazi sabitlə əlaqəli fərziyə irəli sürülməsi bir qədər məntiqli səslənməsədə Pi ədədi ilə bəşər tarixi arasındakı əlaqə müzakirə mövzusu olaraq qalır.

Tədqiqatlar zamanı Misir Ehramlarından tutmuş dünyanın bir çox ölkələrində yerləşən minlərlə yaşı olan tikililərin  necə inşa edilməsi haqqında olan araşdırmalarda  Pi ədədinə rast gəlinib.  Amma Pi ədədindən bəhs edərkən sadəcə düstürlardan və riyazi hesablamalardan danışmırıq.  Ətrafımıza baxsaq istər işıq, istər səs dalğalarında  belə Pi ədədi var. Göyqurşağında hansı rəngin hansı sıra ilə görünəcəyini də müəyyən edir  və pianoda  Do notuna basdıqda hansı səsin çıxacağınıda. Hətta planetin dərinliklərində baş verən hadisələrdə də, onu tapa bilərsiz.

Bəhs Pi ədədinin necə səsləndiyini eşitmisiniz?  Pi ədədini təkcə elm adamları araşdırmayıb. Bu sirli ədəd musiqicilərində diqqətini çəkib və onlar rəqəmləri notlara çevirərək bəstələr yaradıblar.

Diqqətəlayiqdir ki, beynəlxalq “Pi” günü görkəmli fizik Albert Eynşteynin doğum tarixinə təsadüf edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər