15/03/2023
Riyaziyyat və Mexanika İnstitutunun “Riyazi analiz” şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, professor Vaqif Quliyev müəllifi olduğu məqalə çap olunub. Məqalə “Positivity” (https://www.springer.com/journal/11117/) (WoS, IF-0.853) Q3 yüksək impakt faktorlu jurnalda dərc edilib.
“Ümumiləşmiş çəkili Morri fəzalarında Dini tipli nüvəli multixətti Kalderon-Zigmund operatorlarının komutatorları və tətbiqləri” adlı məqalədə
ümumiləşmiş çəkili Morri fəzalarında Dini tipli nüvəli multixətti Kalderon-Zigmund operatorları və onların kommutatorlarının məhdudluğu araşdırılmışdır. Həmçinin ümumiləşmiş çəkili Morri fəzalarında Dini tipli nüvəli multixətti Kalderon-Zigmund operatorları və onların kommutatorlarının məhdudluğu üçün kafi şərtlər tapılmışdır. Tətbiq olaraq ikixətti pseudo-diferensial operatorların təkrarlanan komutatorları və mülayim requlyarlığı olan paraprodaktlar üçün multixətti çəkili Morri qiymətləndirmələri verilmişdir.
Məqaləni oxumaq üçün linkə keçid edin:
https:// https://link.springer.com/article/10.1007/s11117-022-00963-5
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.