Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Avropada ilk qətl Fransada törədilib


Fransanın Bordo Universitetinin antropoloqları Avropa tarixində müasir insan növünün qətlinin ilk qurbanı olmuş kromanyon adamı tapıblar.

Alimlərin fikrincə, müasir insanın qədim əcdadı Kromanyon mağarasında (Fransanın cənub-qərbində yerləşən kromanyonların ən qədim qaya sığınacağı) təqibçisindən gizlənməyə çalışıb, lakin o, daş balta ilə başından vurulub. Zərbə qədim insan üçün ölümcül olub.

Qeyd edək ki, elm adamları mağaranı ötən əsrdə tapıblar. Orada dörd böyük və dörd uşağın qalıqları olub. Sümüklər arasında antropoloqlar ön hissədə şübhəli dəliyi olan kəllə aşkar ediblər.

Alimlər kompüter tomoqrafiyasından istifadə edərək əldə edilən məlumatlar əsasında qədim insanın başının 3D rekonstruksiyasını yaradıblar. Komanda ortaya çıxan modeli travmatik beyin zədəsinin digər nümunələri ilə müqayisə edib.

Onların fikrincə, çox güman ki, kişi vurulub və bundan sonra sağ qalsa da, zərbə nəticəsində meningit xəstəliyinə tutularaq ölüb. Əgər tədqiqatçıların versiyası həqiqətə uyğundursa, bu, Avropada müasir insana qarşı zorakı hücumun ilk sübutudur.

ikisahil.az

Faydalı linklər