Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

İnsanların IQ göstəriciləri yüzillikdə ilk dəfə aşağı düşüb


Ən pis nəticələr 18-22 yaş qrupu və aşağı təhsil qruplarındadır.

Amerikalıların onlayn sınaqları göstərdi ki, ABŞ-da insanlar orta intellekt əmsalı (IQ) testlərində çox zəifləyiblər. Adətən, elm adamları bunun əksini müşahidə edirdilər: illər ərzində göstəricilərin tədricən artması, yəqin ki, təhsilin əlçatanlığının artması və hər yeni nəsillə insanların ümumi intellektual inkişafı səviyyəsinin artması ilə əlaqədardır.

Lakin 2006-2018-ci illər arasında könüllülər arasında keçirilən onlayn IQ testlərinin nəticələri alimləri təəccübləndirdi.

Elm adamları orta IQ ballarının daimi artımını “Flynn” effekti adlandırırlar. Bu termin ilk dəfə 1994-cü ildə tətbiq edilib. Güman edilir ki, bəşər övladı hər növbəti nəsillə daha ağıllı olur, buna görə də orta intellekt əmsalı artır.

Əvvəlki araşdırmalar ardıcıl nəsillərdən olan insanların IQ testlərində daha yüksək bal topladığını aşkar edərək bu nəzəriyyəni dəstəklədi. 1932-2000-ci illər arasında 3-5 bal artım olmuşdur.

Amma son vaxtlar dünyada vəziyyətin dəyişməsinə səbəb olan bir şey baş verir. Son bir neçə ildə çoxsaylı araşdırmalar göstərib ki, bir çox Avropa ölkələrində IQ balları azalır. Müşahidələr göstərib ki, ABŞ-da da belədir.

Tədqiqatçılar yeni elmi məqalələrində ABŞ-da böyüklər tərəfindən 12 il ərzində keçirilən onlayn İQ testlərinin nəticələrini öyrəniblər. Məlum olub ki, IQ balları cinsindən asılı olmayaraq bütün yaş qrupları üçün azalıb.

Tədqiqatçılar onu da müəyyən ediblər ki, ən kəskin azalma gənclər arasında müşahidə olunur və bəzi bacarıqlar, məsələn, məkan mülahizələri əvvəlki nəsillərə nisbətən daha yaxşı olsa da, digər bacarıqlar, məsələn, problem həll etmək, rəqəmlər seriyasını qiymətləndirmək və şifahi-məntiqi əsaslandırmalar pisləşib.

Tədqiqatçılar müşahidə edilən zəifləməni izah etməyə çalışmaq üçün hələki heç bir araşdırma aparmayıblar. Lakin onlar bunun təhsil sistemindəki dəyişikliklərlə bağlı ola biləcəyini ehtimal edirlər.

ikisahil.az

Faydalı linklər