Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Microsoft”dan daha bir yenilik


“Microsoft” şirkəti yeniliklər etməkdə davam edir. Bu dəfə isə şirkət “Kosmos-1” adlı multimodal süni zəka modelini təqdim edib. Şirkətdən verilən məlumata görə, fotoların tərkiblərini analiz edən, qrafik tapmacaları həlletmə bacarığına malik olan yeni süni zəka modeli bundan əlavə,  IQ-nın qiymətləndirilməsi üçün nəzərdə tutulmuş vizual testlərdən keçə və təbii dildə olan əmrləri başa düşə bilir.

Mütəxəssislər mətn, audio və video da daxil olmaqla müxtəlif qrafik rejimlərlə çalışa bilən multimodal süni zəka modelinin yaradılmasını ümumi süni zəka sisteminin  formalaşması yolunda atılan vacib addım hesab edirlər. Onlar bu cür süni zəka sisteminin  müxtəlif intellektual tapşırıqları həll etməkdə insanları əvəz edə biləcəyini deyirlər.

Məlumata əsasən “Kosmos-1” fotoları analiz edərək onlar barəsində olan suallara cavab verə bilir. Bununla yanaşı, o, mətnləri oxuya, illüstrasiyalar üçün imzalar tərtib edə və vizual IQ testlərdən keçməyi bacarır. Tədqiqatçılar bu modeli böyük multimodal dil modeli (MLLM) adlandırırlar.

respublika-news.az

Faydalı linklər