12/04/2023
Bu gün AR Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Ümuminstitut f.-r.e.n., dosent Elvin İbrahim oğlu Əzizbəyov “İkiölçülü parabolik tənlikdə sağ tərəfin və zamandan asılı əmsalların eyni vaxtda təyin olunması” mövzusunda məruzə edib.
Məruzədə tərs məsələlər, onların təsnifatı, tətbiq sahələri və son dövrdə bu sahədə aparılan elmi-tədqiqat işlərinin mövcud vəziyyəti haqqında məlumat verildi, ikiölçülü parabolik tənlik üçün qeyri-lokal şərtli tərs sərhəd məsələsinin klassik həllinin varlığı və yeganəliyi göstərildi. Bu məqsədlə, əvvəlcə baxılan məsələ müəyyən verilənlər daxilində köməkçi məsələyə gətirilir və köməkçi məsələnin qoyulan məsələyə ekvivalentliyi isbat olunur. Sonra Furye üsulunun köməyi ilə köməkçi məsələ inteqral tənliklər sistemi şəklində göstərilir və alınan inteqral tənliklər sisteminin həllinin kiçik zaman anı üçün varlığı və yeganəliyi isbat edilir. Daha sonra isə baxılan tənlik və sərhəd şərtləri diskretləşdirilərək bəzi ədədi həllər qurulur, nümunə misallar üçün taıplan ədədi həllər cədvəl şəklində verilir və MatLab riyazi proqram paketindən istifadə edərək uyğun qrafiklər nümayiş olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.