Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Azərbaycanlı alimlərin məqaləsi yüksək impakt faktorlu Q1 kateqoriyalı beynəlxalq jurnalda dərc edilib


Riyaziyyat və Mexanika İnstitutunun “Riyazi analiz” şöbəsinin müdiri,  AMEA -nın müxbir üzvü, professor Vaqif Quliyev  və  “Riyazi analiz” şöbəsinin aparıcı elmi işçisi, dosent Mehriban Ömərovanın həmmüəllifi olduqları məqalə çap olunub. Məqalə “Bulletin of Mathematical Sciences” (https://www.worldscientific.com/worldscinet/bms) (WoS, IF-1.485) Q1 yüksək  impakt faktorlu jurnalda dərc edilib.

“Kalderon-Ziqmund operatorları və onların ümumiləşmiş çəkili Orlicz-Morrey fəzalarında kommutatorları” adlı məqalədə ümumiləşmiş çəkili Orlicz–Morrey fəzalarında Kalderon-Ziqmund operatorlarının zəif/güclü məhdudluğu üçün zəruri və kafi şərtlər əldə edilmişdir. Həmçinin bu fəzalarda Kalderon-Ziqmund operatorlarının kommutatorlarının məhdudluğu araşdırılmışdır. Bundan başqa Kalderon–Ziqmund operatorlarının vektorqiymətli məhdudluğu da verilmişdir.

Məqaləni oxumaq üçün linkə keçid edin:

https://www.worldscientific.com/doi/10.1142/S1664360722500047

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər