Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Dahilik və məşhurluq heç də xoşbəxtlik deyilmiş…


Çox maraqlıdır ki, ABŞ-ın sabiq prezidenti Tomas Ceferson öz məzar daşının dizaynını özü yaratmışdı. Hətta məzar daşının üzərində olan mətni belə özü yazmışdı. Lakin nədənsə yazdığı mətndə ABŞ-ın prezidenti olduğunu qeyd etməmişdi.

Polşalı alim Mari Küri iki dəfə Nobel mükafatı alan yeganə qadındır. O, həmçinin bu mükafatı iki fərqli sahədə – həm fizika, həm də kimya üzrə qazanan iki nəfərdən biri kimi tarixə düşmüşdür.

Məşhur fizikci Eynşteynin 18 aprel 1955-ci ildə daxili qanaxmadan vəfat Etdikdən sonra onun nəşinin yandırılması planlaşdırılmışdı. Bu zaman Princeton Xəstəxanasının patoloqu Tomas Stolts Harvey Eynşteynin beynini oğurlayaraq elmi araşdırmalar aparmaq üçün istifadə edir.

Albert Eynşteyn, həmçinin öz telefon nömrəsini belə heç cür yadda saxlaya bilmirdi.

“Böyük partlayış” nəzəriyyəsi ilə məşhurlaşan Hokinqə 21 yaşında ALS diaqnozu qoyulduqdan sonra həkimlər ona cəmi 2 il ömrünün qaldığını desələr də Hokinq qoyulan bu diaqnoza baxmayaraq 76 yaşına kimi yaşayıb.

ABŞ-ın 11-ci prezidenti Ceyms Polkun 17 yaşı olduqda həkimlər onun öd kisəsini çıxarmışdılar. Həkimlər bu əməliyyatda narkoz kimi konyakdan istifadə etmişdilər.

ABŞ-ın ən ağırçəkili prezidenti Uilyam Taft olub. Onun çəkisi 136 kiloqramdan çox idi.  Hətta Ağ Evdə onun üçün xüsusi ölçüləri genişləndirilmiş vanna düzəldilmişdi.

Danimarkalı astronom Tycho Brahe 20 yaşında riyazi məsələ üstündə bir şəxslə mübahisə edir. Getdicə bu mübahisə böyüyür. Brahe dueldə burnunu itirir. Beləcə o, bütün həyatı boyu mis, gümüş və qızıldan hazırlanmış yalançı burunlar taxaraq həyatına davam edir.

Məşhur yazıçı və filosof  Volterin meyiti XIX əsrin əvvəllərində qəbirdən oğurlansa da, bu barədə yalnız 1864-cü ildə xəbər tutulub.

1000-dən çox ixtirası ilə gələcəyi dəyişən məşhur serb ixtiraçı Nikola Tesla həm də qəribə adətləri və vərdişləri ilə tanınırdı. Gündə orta hesabla 15 km piyada gəzən Tesla bunun beyinə və yaradıcılığa çox faydalı olduğunu düşünürdü.
O, hər gecə cəmi iki saat yatır və vaxtının çoxunu öz laboratoriyasında keçirirdi. Hətta bir dəfə Teslanın 84 saat, yəni 3,5 gün fasiləsiz olaraq işlədiyi qeyd olunur.
Nikola Tesla göyərçinləri həddən çox sevirdi və onlara xüsusi diqqət göstərirdi.

Dahi alimin qəribəlikləri bununla bitmirdi. O, həmişə axşam eyni saatda və həmişə eyni restoranda tək şam edir, hər zaman eyni ofisiantın onun yeməyini gətirməsini istəyirdi. Tesla, həmçinin 3 rəqəmini də xüsusi və ilahi hesab edir, gündəlik həyat tərzində bu rəqəmdən geniş istifadə edirdi.

Məşhur alim İsaak Nyuton çox dindar bir insan idi. Belə ki, 19 yaşında o günə qədər bütün günahlarının siyahısını tutmuşdu. Onun 48 bəndlik günah siyahısında anasının şirniyyat qutusundan konfet oğurlamaq, bacısını çimdikləmək, anasına qarşı kobudluq etmək kimi qəribə hərəkətlərini əlavə etmişdi. Onun tutduğu siyahıda bəzi bəndlər bir neçə dəfə təkrarlanırdı. Deyəsən, İsaak eyni səhvləri bir neçə dəfə etdiyinə görə, onları bura qeyd etmişdi.

Həndəsənin atası kimi tanınan Pifaqor qədim zamanlarda vegeterianlığı ilə tanınırdı. Lakin nədənsə o lobyanı heç sevmirdi. O nəinki onu yeyə, hətta bu tərəvəzə heç toxuna bilirdi.

Məşhur rəssam Leonardo Da Vinçi adi mətnləri və eskizlər normal qaydada yazarkən, öz şəxsi qeydlərini sağdan sola tərsinə yazırdı. Daha sonra isə yazdıqlarını oxuya bilmək üçün güzgüdən istifadə edirdi.

Sən demə, ilk coğrafi atlas e.ə.150-ci ildə alim Ptolomey tərəfindən yaradılıb və 1477-ci ildə Boloniya şəhərində çap edilib.

Dünyanın ən məşhur bəstəkarı olan Betxoven 1801-ci ildən sonra eşitmə problemləri yaşamağa başlayıb və 1817-ci ildə tamamilə eşitmə qabiliyyətini itirib. Lakin səhhətindəki bu problem onun musiqi duyumuna təsir etməyib. Betxoven ən məşhur əsərini “9-cu simfoniya”nı da məhz bu dövrdə yazıb.

1841-ci ildə ABŞ-ın sabiq prezidenti Uilyam Harrisonun andiçmə mərasimi həddindən artıq soyuq bir gündə keçirilmişdi. Andiçmə zaman prezident soyuqlayır. Tezliklə onun soyuqdəyməsi sətəlcəmə çevrilir və bu səbəbdən də bir ay sonra o vəfat edir. Qeyd edək, Harrison ABŞ-a çox qısa müddətə rəhbərlik etdi.

ABŞ-ın digər prezidenti olan Ceyms Qarfild sərbəst şəkildə hər iki əlindən istifadə edə bilirdi. Ən maraqlısı isə odur ki, o eyni zamanda, bir əli ilə qədim yunan dilində, digər əli ilə latın dilində yazmağı bacarırdı. Bunun nəticəsində o barmağını kəsməsi səbəbindən dünyasını dəyişdi.

Bütün dünyada tanınan diktator Stalinin 70 illiyinə bağışlanmış hədiyyələrin siyahısı elə uzundur ki, onu qəzetlər 1949-cu ilin dekabrından 1953-cü ilin martınadək dərc etməli olmuşdular.

İmmanuil Kant həyatının 40 ilini hər gün eyni saatda eyni hərəkətləri təkrar edərək keçirtmiş dahi insan idi.

ikisahil.az

Faydalı linklər