Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Riyaziyyat və Mexanika İnstitutunda magistrantların yay imtahan sessiyası başlamışdır


Magistrantların 2022/2023-cü tədris ili üzrə yay imtahan sessiyası 2023-cü il iyun ayının 1-dən iyul ayının 5-dək keçiriləcəkdir.

Riyaziyyat və Mexanika İnstitutunda yay imtahan sessiyası ərzində “Riyazi analiz”,”Diferensial tənliklər” ixtisasları üzrə təhsil alan 4 nəfər I kurs magistrantı imtahanlarda iştirak edəcəkdir.

İlk imtahan 01 iyun 2023-cü il tarixində keçirilmişdir. Magistrantlar fənn müəllimi –riyaziyyat üzrə elmlər doktoru, professor Ədalət Axundovun tədris etdiyi “Diferensial tənliklər keyfiyyət nəzəriyyəsi ”  fənnindən imtahan vermişdir.

Yay imtahan sessiyası ərzində keçiriləcək növbəti imtahanlar 08, 16, 23 iyun və 03 iyul 2023-cü il tarixlərinə təyin olunmuşdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər