Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Maraq dünyamız


Sən demə, ayaq izimiz və nəfəsimiz…

Florida Universitetinin alimləri aşkar ediblər ki, DNT nümunələri insanın çimdiyi su, havada qalan nəfəsi, hətta qumun üzərindəku ayaq izindən belə götürülə bilər.

“Nature Ecology & Evolution” elmi  jurnalında dərc edilən araşdırmaya görə, alimlər bu nəticəyə nəsli kəsilməkdə olan dəniz tısbağalarının genetik əcdadlarını müəyyən edərkən gəliblər. Belə ki, qumdan DNT nümunələrini toplayan tədqiqatçılar əldə etdikləri nəticələrin çox keyfiyyətli olduğunu ortaya çıxarıblar. Onlar belə qənaətə gəliblər ki, hətta bu yolla həmin ərazidə yaşayan əhalinin genetik əcdadını belə müəyyən etmək mümkündür.

“Tüpürcəyimiz, dərimiz, tərimiz və qanımız vasitəsilə ətraf mühitə qarışan insan DNTsi itkin düşmüş şəxslərin tapılması, cinayətlərin açılması, arxeoloji əhəmiyyət kəsb edən ərazilərin müəyyən edilməsi və sağlamlığın monitorinqi üçün məhkəmə-tibbi araşdırmalara kömək etmək üçün istifadə edilə bilər”,deyə tədqiqat müəlliflərindən biri David Duffy qeyd edib.

Tarixin ən qəribə tibb hadisəsi

Bu yaxınlarda tarixin ən qəribə beyin zədələnməsi hadisəsi ilə bağlı araşdırma aparılıb. Belə ki,1938ci ildə İspaniyanın Vətəndaş müharibəsi zamanı yaralandıqdan sonra dünyanı altüst görməyə başlayan əsgərin vəziyyəti ilə bağlı elmi nəzəriyyələr və hadisə hesabatlarında qeydə alınan simptomlar bir araya gətirilib.

Xəstə  başından güllə yarası aldıqdan iki həftə sonra özünə gələndə şokedici bir dəyişiklik yaşayıb. Belə ki, o dünyanı altüst gördüyünü bildirib. Onun həm normal, həm də tərs vəziyyətdə hərfləri və rəqəmləri oxumaq bacarığı həkimləri şoka salıb.

“Neurologia” elmi jurnalında dərc edilən yeni araşdırmada bədənini  hərəkət etdirə bilməyən kişinin yaşılımtıl rəng görməyə başladığı və obyektlərə tərs baxdığı qeyd edilib. Bundan əlavə, onun eşitmə və toxunma qavrayışları da əksinə olub. Belə ki, pasiyentin eşitdiyi səsləri və hiss etdiyi toxunuşları gəldiyi yerdən tərs istiqamətdə qəbul etdiyi bildirilib.

Araşdırmanın nəticələri bugünkü beyin tədqiqatları və klinik sınaqlar üçün mühüm mənbə olaraq istifadə dilə bilər.

Ona əbəs yerə “şeytan nəfəsi” demirlər…

Təbiətdə rast gəlinən ən  təhlükəli bitkilərdən biri də  “burundanga” ağacıdır.  Belə ki, bu ağacın qurudulmuş meyvələrindən hazırlanan toz insanlarda psixoloji poz-ğunluqlara səbəb olur. Ona görə də bitki haqqında hər kəsin məlumatlı olması daha yaxşı olar.Ən çox  Cənubi Amerikanın şimalı  Kolumbiyada rast gəlinən bu bitki-nin ağ rəngli gözəl çiçəkləri olur.”Şeytan nəfəsi”  olaraq da adlandırılan ağacın ən  təhlükəli hissəsi isə meyvələridir. Belə ki, meyvələri yığılır, qurudulur, toz forma-sına salınır və əsasən mənfi məqsədlər üçün istifadə edilir. Bitkinin tozunu insanın üzünə üfürdükdə, o çox qısa müddətdən sonra ağlını itirir, etdiyi heç bir hərəkəti düşünmür. Hətta bu azmış kimi insanda zombiləşmə halları da meydana gələ bilir. Belə insanlar 2-3 saatlıq pis niyyətli insanların qurbanlarına çevrilir.

Artıq bu bitkidən bir sıra ölkələrdə cinəyatkarlardan hansısa bir məlumatı almaq üçün istifadə olunur. Onun böyük dozası insanı dərhal öldürür, az dozası isə ürək-bulanma, başgicəllənmə və depressiya əleyhinə dərmanların hazırlanmasında isti-fadə edilir. Bütün bu halların səbəbi isə bitkinin tərkibində olan skopolamin alkalo-ididir.

Qorxduğumuz zaman nə baş verir?

Hər birimiz həyat boyu həm pozitiv, həm də neqativ emosiyalar yaşayırıq. Ancaq ən güclü emosiya isə qorxudur. Yer üzündə elə bir insan yoxdur ki, bu hissə sahib olmasın. Hətta heyvanlar belə, qorxu ilə tanışdırlar. Bəs görəsən qorxu zamanı nələr baş verir? Onunla necə mübarizə aparmaq olar?

Qorxu şüurumuza nüfuz edən kimi dərhal bütün digər emosiyaları sıxışdırıb çıxarır. Bu reaksiya şüuraltında möhkəm kök salmışdır. Təcrübələr göstərir ki, qorxdu-ğumuz çox şey həyatımızda gerçəkləşir. Kiçik qorxu belə, hadisələr zəncirini dəyişməyə qadirdir. Qorxu hissi mərhəmət, məhəbbət və bir neçə incə hissləri sıxışdırıb narahatlıq, təlaş, təşviş kimi hisslərə çevirir. Qorxu, hadisələri fərqli tərəfə yönəl-dən, güclü enerjiyə malikdir.

Tutaq ki, bir adam meşədə gəzir. Ətrafdakı valehedici gözəllikdən zövq alan adamın qəflətən qulağına bir səs gəlir. O anda insan hər şeyi unudur, diqqətini anlaşılmaz bir səsə cəmləyir… Bəlkə bəbirdir? Və beləliklə, gözəllikdən zövq aldığı zaman şüuraltı qorxu hissi keçirir. Bütün diqqətini keçirdiyi qorxu hissinə  cəmləyib hisslər mübadiləsi yaşayır.

Əslində, hər şey çox sadədir. İncə hisslər mübadiləsinin əsas qanunu qorxunu yaradan hadisələrə güclü təsir edə bilməkdir. İndi biz elə bir dünyada yaşayırıq ki, hər dəqiqə həyatımız üçün mübarizə aparmağa ehtiyac yoxdur, ancaq nəzərə alma-lıyıq ki, keçirdiyimiz hisslər şüuraltında cəmlənir. Hansısa bir zaman kəsiyində mütləq özünü büruzə verəcək.

respublika-news.az

Faydalı linklər