07/06/2023
7 iyun 2023-cü il tarixində AR ETN Riyaziyyat və Mexanika İnstitunda növbəti Ümuminstitut seminarı keçirildi. RMİ-nin ümuminstitut seminarında İnstitutun “Tətbiqi riyaziyyat” şöbəsinin müdiri m.e.d. Elxan Abbasov “Mayenin içərisində hərəkət edən cismə müqavimət qüvvəsinin müəyyənləşdirilməsi” mövzusunda məruzə edib.
Məruzədə mayenin içərisində hərəkət edən cismə təsir edən müqavimət qüvvəsi sürətin kəsr tərtibli inteqralı ilə müəyyən edildi və misal göstərildi.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.