Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

93 gün okeanın dibində qalan alim cavanlaşıb


Cənubi Florida Universitetinin professoru və dalğıc Cozef Dituri 100 kvadratmetrlik xüsusi Jules kapsulunda okeanın dibində 93 gün keçirib. Məlum olub ki, təcrübə onun bədənini “cavanlaşdırıb”.

Alimlər Diturini tədqiq edərək müəyyən ediblər ki, onun telomerləri (zamanla azalan hüceyrələrin gəncliyinə cavabdeh olan xromosom strukturları) 20%, kök hüceyrələrinin sayı isə on dəfə artıb. Eyni zamanda, xolesterol səviyyəsi əhəmiyyətli dərəcədə azaldı.

Tədqiqatçılar bu qənaətə gəliblər ki, nəzəri cəhətdən Dituri on il daha gənc görünür. Onlar belə hesab edirlər ki, orqanizmdə bu cür dəyişikliklər hüceyrələrin böyüməsini və inkişafını stimullaşdıran dərinlikdə yüksək təzyiq hesabına mümkün olub.

Təcrübənin əsas məqsədi su altında yaşamağın qocalma ilə bağlı xəstəliklərin qarşısını ala biləcəyini yoxlamaq idi. Dituri 93 gün su altında yaşayaraq ən uzun müddət su altında qalma rekordunu da qırıb. Onun məqsədi 100 gün su altında qalmaq və bütün tibbi göstəriciləri gündəlikdə qeyd edərək gündəlik təcrübələr aparmağa davam etməkdir.

ikisahil.az

Faydalı linklər