Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Riyaziyyat və Mexanika İnstitunda növbəti Ümuminstitut seminarı keçirildi


14 iyun 2023-cü il tarixində AR ETN Riyaziyyat və Mexanika İnstitunda növbəti Ümuminstitut seminarı keçirildi. RMİ-nin ümuminstitut seminarında İnstitutun “Funksiyalar nəzəriyyəsi” şöbəsinin baş elmi işçisi, riyaziyyat elmləri doktoru, prof. Rəşid Əvəzağa oğlu Əliyev “Ridge funksiyaların cəmi ilə təsvirin bəzi məsələləri” mövzusunda məruzə edib.

Məruzədə ridge funksiyaları haqqında ətraflı məlumat verildi, tətbiq sahələri göstərildi və ridge funksiyaların cəmi ilə təsvirin bəzi məsələləri: təsvirin hamarlığı  haqqında A.Pinkus tərəfindən qoyulan problemin həlli və artımlar vasitəsilə təsvir meyarları qeyd olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər