17/06/2023
İnsan kimi tərləyir, nəfəs alır…
Elm adamları insan kimi xüsusi bədən temperaturuna malik olan, titrəyən, yeriyən və nəfəs ala bilən dünyanın ilk manekenini hazırlayıblar. Tədqiqatçılar hazırladıqları manekenin insan orqanizminin istilik dalğalarına qarşı davamlılığını öyrən-məyə kömək edə biləcəyinə ümid edirlər.
Arizona Dövlət Universitetinin alimləri idman avadanlıqlarında istifadə edilən robotu insan bədəninin istilik funksiyalarını təqlid edə bilmək üçün yenidən dizayn ediblər. “ANDI” adı verilən test droidinə süni tərləmə, temperatur və istilik axını sensorları üçün sintetik məsamələr quraşdırılıb. Termal maneken soyuq suyun bütün bədəni boyunca sirkulyasiyası üçün xüsusi olaraq yaradılmış daxili soyutma kanalları ilə tərləyə, eyni zamanda insanların istiliyə reaksiyalarını simulyasiya edə bilir.
“ANDI” vasitəsilə tədqiqatçılar isti havanın insan orqanizminə təsirini müşahidə etməyə ümid edirlər.
Tədqiqatçılar bu yolla müxtəlif yaş və fərqli bədən temperaturuna sahib olan insanların uzun müddət günəşə məruz qaldıqları zaman həddindən artıq isti dalğalarına necə reaksiya verdiyini daha yaxşı öyrənəcəklərinə inanırlar. Lakin qeyd edək ki, bu testləri hələ real insanlar üzərində aparmaq mümkün deyil. Bu səbəbdən də “ANDI” üzərində çalışmalar davam edir. Təcrübələr zamanı onun çəki, yaş və digər amillərə görə reaksiyası yenidən proqramlaşdırıla bilər.
“Samsung” süni zəka əsaslı dil modeli hazırlayır
Son zamanlar süni zəka sistemlərinin və onların əsasında çalışan çatbotların istifadəçilər arasında populyarlaşması mobil dünyanın krallarından olan Cənubi Koreya-nın aparıcı şirkəti “Samsung”u da hərəkətə gətirib. Belə ki, şirkət bu istiqamətdə özünün süni zəka əsaslı generativ dil modelini hazırlamağa başlayıb.
Şirkətdən verilən məlumata görə, layihəyə bu aydan etibarən start veriləcək. Hazırlanması üçün çox zamana ehtiyac duyulmayan layihənin 2 aya reallaşdırılması hədəflənir. Lakin buna baxmayaraq, şirkət öz süni zəka əsaslı sistemini adi istifadəçilər üçün təqdim edib-etməyəcəyi barədə hələ ki, qərar verməyib.
İlk növbədə,”Samsung” sistemdən şirkətdaxili iş prosesində özü istifadə edəcək. Onu da qeyd edək ki, hələ bir neçə müddət bundan öncə Samsung ChatGPTdən istifadə məsələ-sində OpenAI ilə danışıqlar aparırdı. Lakin görünür, şirkət nəticədə öz məhsulunu hazırlamaq qərarına gəlib.
Dubayda süni zəka mərkəzi istifadəyə verilib
Birləşmiş Ərəb Əmirlikləri vəliəhd şahzadəsi Həmdan ibn Məhəmməd Əl Məktu tərəfindən verilən məlumata görə, Dubayda süni zəka mərkəzi istifadəyə verilib.
“Biz, unikal dövlət xidmətlərinin təklif edilməsi üçün süni zəkanın geniş şəkildə yayılması istiqamətində süni zəka mərkəzini istifadəyə verdik. Mən süni zəka əsas-lı tətbiqlərin hazırlanması üçün Dubayın bütün dövlət müəssisələrində işçi qrup-larının formalaşdırılması təlimatını vermişəm. Bu cür tətbiqlər bizlərə innovasiyalı dövlət layihələrini hazırlamağa və rəqəmsal transformasiyanı reallaşdırmağa imkan verəcək”, – deyə vəliəhd şahzadə qeyd edib.
Məlumata əsasən istifadəyə verilmiş süni zəka mərkəzində generativ süni zəka sistemləri vasitəsilə 1000 nəfər dövlət qulluqçusunun təlimatlandırılması planlaş-dırılır. Gözləntilərə əsasən süni zəka mərkəzinin istifadəyə verilməsi öz növbə-sində dövlət xidmətlərinin yaxşılaşdırılmasına imkan verəcək və dövlət qulluq-çularının produktivliklərini yüksəldəcək. Bununla yanaşı, süni zəka mərkəzi 20-dən çox yerli və beynəlxalq startapı dəstəkləyəcək.
Yer kürəsinə yaxın ekzoplanetdə su buxarı tapılıb
James Webb kosmik teleskopu kainatı müşahidə etməyə davam edir. Bu dəfə isə teleskopun köməkliyi ilə Yer kürəsinə nisbətən yaxın olan nəhəng ölçülü ekzo-planetin atmosferində su buxarı aşkar edilib.
WASP18 b adlandırılan ekzoplanet planetimizdən 400 işıq ili uzaqlığında yerləşir. Qeyd edək ki, su buxarı aşkar edilən bu ekzoplanet 2008ci ildə Hubble da daxil olmaqla bir neçə teleskop vasitəsilə kəşf edilmişdi. Sözügedən ekzoplanet öz ulduzuna çox yaxın məsafədə yerləşdiyi üçün onun ətrafında tam dövrü 24 saata reallaşdırır.
Ekzoplanet ilə ulduz arasındakı məsafə cəmi 3.1 milyon kilometr təşkil edir. Müqayisə üçün qeyd etmək lazımdır ki, Merkuri ilə Günəş arasındakı məsafə 6.3 milyon , Yer kürəsi ilə Günəş arasındakı məsafə isə 150 milyon kilometrdir. NASA mütəxəssislərinin verdikləri məlumata görə, ekzoplanetdəki yüksək tem-peratur (2700 dərəcə Selsi) səbəbilə su molekulları parçalanmaya məruz qalır. Lakin bununla belə müəyyən miqdarda su olduğu kimi qalır. Bununla yanaşı, ekzoplanetin yalnız bir tərəfi daimi şəkildə öz ulduzuna tərəf istiqamətlənib. Buna görə də ekzoplanetin qaranlıq qalan hissəsində temperatur 1100 dərəcə Selsi daha aşağıdır
respublika-news.az