Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Tarixdə bu gün: Blez Paskal


Paskal görkəmli fransız riyaziyyatçısı, fiziki və filosofudur.  O, 19 iyun 1623-cü ildə Fransanın Klermon-Ferran şəhərində riyaziyyatçı ailəsində anadan olub. Paskal atasının rəhbərliyi ilə riyazi təhsil almış və istedadlı olduğunu gənc yaşlarında büruzə vermişdir. Riyaziyyata daha çox maraq göstərən Paskal 16 yaşında Konik kəsişmələrə həsr edilmiş proyektiv həndəsənin əsas teoremlərindən birini yazmışdır /Paskal teoremi/. O dövrün alimlərinin çoxu bu gənc riyaziyyatçının belə bir əsəri özü yazmasına inanmırdılar. 18 yaşında Paskal Blez hesaba aid toplayıcı maşın ixtira edir.  20 yaşı olanda gənc alimin hesaba, ədədlər nəzəriyyəsinə, cəbrə  və ehtimal nəzəriyyəsinə aid bir sıra əsərləri nəşr olunmuşdur. O, binom açılışında binomial əmsallarının və m elementdən n element olan birləşmənin hesablanması üsulunu vermişdir.

Paskal atmosfer təzyiqinin Toriçelli tərəfindən kəşf edildiyini eşitdikdə 1644-cü ildə  Toriçelli təcrübəsinin müxtəlif mayelərlə ( civə, su, çaxır) təkrar etmiş, əlavə təcrübələrə aparmış və aşağıdakı suallar axtarməşdır. Toriçelli təcrübəsindəki borunun içərisindəki civənin üstündəki fəza nə ilə doludur? Borudakı civənin hamısı nə üçün çanağa tökülmür və onu bu səviyyədə nə saxlayır? Hava təzyiq edirmi, edirsə bu təzyiq necə verilir? Paskal isbat edtdi ki, Toriçelli təcrübəsi havanın təzyiqini doğrudan  aşkar  edib,  bu həqiqətdir. Boruda civənin səviyyəsinin dəyişməsi izah edir ki, təzyiq havanın temperaturundan və nəmliyindən asılıdır. Paskal belə qərara gəlir ki, atmosfer təzyiqinin mövçud olduğunu qəti isbat etmək üçün daha bir həlledici təcrübə qoymaq lazımdır.  Bu məqsədlə o, Pyui de Dom dağının ətəyində və zirvəsində Toriçelli təcrübəsini təkrar edib, hər  iki  halda  civə sütununun hündürlüyünü yoxlayıb, fərqini müəyyən etməyi qərara alır. O, bu təcrübə ilə müəyyən edir ki, dağın zirvəsində civənin səviyyəsini ətəyindəkinə nisbətən aşağı düşür. Bu, gözlənilən nəticə idi. Beləliklə məlum olur ki, havanın təzyiqi  dağın ətəyində çox, zirvəsində isə azdır. Buradan  Paskal müəyyən edir ki, yuxarı qalxdıqca havanın sıxlığı azlır. Paskal belə nəticəyə gəlir ki, borudakı civə atmosfer təzyiqinin təsiri ilə səviyyəsini hündürdə  saxlayır.  1647-ci  ildə  Paskal  “ Boşluqda yeni eksperiment” adlı əsərini çap elətdirir.  O,  göstərir ki,  Toriçelli  borusunda  civənin üstündəki fəza nə hava nə də hər hansı maddə ilə dolu deyil, boşluqdur. Buradan yeni fiziki anlayış vakuum açkar edildi.

Paskal Blez 1648-cü ildə müasirlərini heyrətə gətirən paradoksal bir təcrübə aparmışdır.  Su ilə dolu olan çəlləyə nazik uzun boru birləşdirilir. Borunu bir az su ilə doldurduqda çəlləyin divarlarında taxtalar birləşən yerlərdən su  vurub axmağa başlayır. Fizika üzrə Paskalın əsas tədqiqatı hidrostatikaya aid olub.

O,1653-cü ildə aşağıdakı qanunu vermişdir:
«Maye və qazlar üzərinə düşən təzyiq dəyişmədən onların bütün nöqtələrinə verilir». Bu qanun Paskal qanunu adı ilə məşhur olub hidrostatikanın əsas qanunlarındandır.

Birləşmiş qablar qanunu və hidravlik presin nəzəriyyəsini də Paskal vermişdir.
Elmdəki  xidmətlərini nəzərə alaraq  BS sistemində  təzyiq  vahidini  Paskalın adı iləadlandırmışlar.
Paskal havanın elastikliyini müəyyən edərək, isbat etmişdir ki, havanın çəkisi var. O, təzyiqin havanın rütubətindən və temperaturundan asılı olduğunu kəşf etmiş və bunlardan gələcəkdə hava haqqında qabaqcadan məlumat verməyin mümkünlüyünü söyləmişdir.

Blez Paskal və fəlsəfə

Mütəfəkkir, ətrafdakı fiziki dünyanı dərk edən bir araşdırma ağlı ilə yanaşı, yaxşı dəstəklənən bir ideoloji mövqeyə sahib idi. Bioqrafları, Paskalın dinə üz tutması ilə həyatındakı iki dövrü ayırd edirlər.

Eyni zamanda, bu onun üçün dünyaya rasionalist yanaşmadan uzaqlaşmaq demək deyildi. B 1645-1658 illər ərzində böyük fransız özünü iki cərəyan arasındakı teoloji mübarizənin mərkəzində tapdı: Cizvitlər və Jansenitlər. Nəticə, Paskalın ikincinin tərəfini tutduğu, Cizvit dogmatik teologiyasını rasionalizm nöqteyi-nəzərindən tənqid etdiyi “Əyalətin Məktubları” kimi tanınan işi idi. Bu əsər alimin fəlsəfi fikirlərinin təqdimatından əlavə ədəbi baxımdan da dəyərlidir. 1650-ci illərin sonunda alimin səhhəti kəskin şəkildə pisləşdi. Ömrünün son illərində tədqiqatçı şiddətli baş ağrıları və kəskin ümumi zəifləmə yaşadı.Buna baxmayaraq, özünü ixtiraçı kimi demək olar ki, ömrünün son günlərinə qədər həyata keçirdi. Beləliklə, ilk ictimai nəqliyyat – 1662-ci ilin yazında, Paskalın ölümündən altı ay əvvəl Parisdə işə salınmış bir omnibus fikri ilə gəldi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər