Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Bu peyk Yerdən kənarda həyat üçün ən ideal yer ola bilər


Berlin Azad Universitetindən planetoloq Frank Postberqin rəhbərlik etdiyi tədqiqat qrupu Enseladda həyat üçün zəruri olan sonuncu elementi aşkar edib

Saturn planetinin peyklərindən biri olan Enseladın donmuş səthinin altında – okeanda həyat üçün vacib element olan fosfor tapılıb.

“The New York Times”ın yazdığına görə, Berlin Azad Universitetindən planetoloq Frank Postberqin rəhbərlik etdiyi tədqiqat qrupu Enseladda həyat üçün zəruri olan sonuncu elementi aşkar edib.

2017-ci ildə ABŞ Milli Aeronavtika və Kosmos İdarəsi – NASA-nın Saturn araşdırma gəmisi “Cassini” tərəfindən məlumatlar toplayıb. Alimlər buzla örtülmüş Ayın altındakı qayalıq yerdə – okeanda fosforun olduğunu müəyyənləşdirib.

Bundan əvvəl Enselaq peykində karbon, hidrogen, azot, oksigen və kükürd tapılmışdı. Fosforun kəşfi ilə Enseladda həyat üçün lazım olan bütün elementlər var deməkdir və bu, peykin Yerdən kənarda həyat üçün ən ideal yeri ola bilər.

Əvvəlki tədqiqatlar göstərirdi ki, fosfor yerdənkənar okeanlarda nadir olduğu üçün Günəş sistemində və ya qalaktikada həyat mövcud ola bilməz. Araşdırmanın nəticələri “Nature” elmi jurnalında dərc olunub.

Qeyd edək ki, fosfat birləşməsindəki fosfor elementi DNT-nin tərkibində var. Kainatda ən nadir bio-əsas komponentdir. Sümüklər və dişlərin çox hissəsini təşkil edir. Hüceyrənin əsas enerji vahidi olan ATP-nin tərkib hissəsi olan fosfor zülal istehsalında da yardımcı olur. Karbon və azotla yanaşı, fosfor da bitkilərin inkişafı üçün lazımi miqdarda olmalı qida maddələrindəndir.

www.trt.net.tr

Faydalı linklər