Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Siqnalların emalının riyazi problemləri”  laboratoriyasının  böyük elmi işçi Zakir Cümşüd oğlu Zabidovun 60 yaşı münasibətilə təbrik edirik


Zakir Cümşüd oğlu Zabidov 22 iyun 1963-cü ildə Yardımlı rayonunun Ərsilə  kəndində anadan olmuş, 1980-cı ildə Arus Kənd Orta Məktəbini bitirmişdir. 1984-1989-cu illərdə Lomonosov adına Moskva Dövlət Universitetinin Hesablama riyaziyyatı və kibernetika  fakültəsində təhsil almışdır. 1989-1999-cu illərdə AMEA-nın Kibernetika İnstitutunda, 2009-2013-cü illərdə Milli Aerokosmik Agentliyinin Ekologiya İnstitutunda işləmişdir. 2013-cü ildən AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun “Qeyri-harmonik analiz” şöbəsində, 2018-ci ildən “Siqnalların emalının riyazi problemləri” laboratoriyasında  böyük elmi işçi vəzifəsində işləyir

08 aprel 2022-ci ildə Şəhər havasinin optik monitorinq məsələlərinə riyazi və aerokosmik metodlarin tətbiqi mövzusunda texnika üzrə fəlsəfə doktoru dissertasiysı müdafiə etmişdir.

Zakir Zabidov 38 elmi işin müəllifidir. O, Azərbaycan Respublikasının Prezidenti yaninda Elmin İnkişafı Fondunun və Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin 2013-cü il üçün 2-ci məqsədli birgə İKT üzrə “Regional ekoloji monitorinq mərkəzi sisteminin riyazi modelləşdirilməsi və proqram təminatı” layihəsinin, Azərbaycan Milli Elmlər Akademiyasının “Freym nəzəriyyəsi-veyvlet analizin seysmologiyada və digər sahələrdə siqnalların tətbiqi”, “Neyron şəbəkələrlə yaxınlaşma və freymlərin bəzi sualları” elmi-tədqiqat proqramlarının, 2019 –cu ildə AMEA RMİ və “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanan müqavilə əsasında “Verilmiş spektral təsvirin NDVİ analizi” layihəsinin, AMEA və Türkiyə Elm və Texnoloji Araşdırma Şurasının (TUBİTAK) əməkdaşlığı üzrə müştərək proqram çərçivəsində “Frame properties of the system of eigenfunctions of a second order discontinuous differential operator” layihəsinin icraşısı olmuşdur. 2022-ci ildən Azərbaycan Elm Fondunun “Qarabağ Azərbaycandır!” qrant müsabiqəsinin qalibi olmuş” Spektral təsvirlərə görə kənd təsərrüfatı sahələrinin cari vəziyyəti və dinamikasının qiymətləndirilməsinə müasir riyazi metodların tətbiqi” layihələrinin icraçısdır.

İnstitutun kollektivi Zakir müəllimi 60 yaşı tamam olması münasibətilə təbrik edir, ona insan həyatı üçün ən dəyərli nemət olan can sağlığı, uzun ömür, elmi-pedaqoji, ictimai fəaliyyətində müvəffəqiyyətlər arzulayır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər