22/06/2023
20 və 21 iyun 2023-cü il tarixlərində AR ETN-nin Riyaziyyat və Mexanika İnstitutunda AMEA-nın II kurs magistrantların “Riyazi analiz“, “Diferensial tənliklər” və “Maye, qaz və plazma mexanikası” ixtisasları üzrə 9 magistrlik dissertasiyasının müdafiəsi üzrə İxtisaslaşdırılmış Şuranın iclası keçirilmişdir.
İclasda İxtisaslaşdırılmış Şuranın sədri, üzvləri və müdafiə edən magistrantlar iştirak etmişlər.
İxtisaslaşdırılmış Şuranın sədrləri professor Həmidulla Aslanov, professor Qabil Əliyev iclası açaraq iştirakçıları salamlamış və sözü növbə ilə müdafiə edən magistrlərə vermişlər.
Çıxış edən magistrantlar: İ.Q.Feyzullayev, M.R.Rəhimli, G.K.Qasımova, Z.E.İsmayılzadə, R.T.İbrahimova, A.M.Xanizadə, Z.S.Sadıqova, G.R.Əlizadə, S.İ.Nəsibova mövzuları haqqında ətraflı danışmış, verilmiş sualları dolgun cavablandırmışlar.
Dissetasiya işləri Şuranın uzvləri tərəfindən uygün olaraq :
İlkin Feyzullayev -92 A, Mədinə Rəhimli -94 A, Gülnar Qasımova 85 B, Zəhra İsmayılzadə -84 B, Ruhəngiz İbrahimova -83B, Aygül Xanizadə -91A, Züleyxa Sadıqova -93A, Günel Əlizadə -93A, Sevinc Nəsibova -91A balla qiymətləndirilmişlər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.