22/06/2023
AR ETN Riyaziyyat və Mexanika İnstitutunda ED 1.04 dissertasiya şurasının nəzdindəki elmi seminarda 21 iyun 2023-cü il tarixində saat 1200 -da Gəncə Dövlət Universitetinin dissertantı Fidan Şahin qızı Mehdiyevanın “Qeyri-standart Hardi fəzalarında Riman sərhəd məsələsinin həllolunanlığı və bazis məsələlərinə tətbiqi” mövzusunda 1202.01 – Analiz və funksional analiz ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru dissertasiya işinin müzakirəsi keçirilmişdir.
İclası “Analiz və funksional analiz” ixtisası üzrə seminarın rəhbəri AMEA-nın müxbir üzvü, professor Bilal Bilalov açaraq sözu sədr əvəzi seminarı aparmaq üçün “Funksional analiz” şöbəsinin müdiri professor Həmdulla Aslanova verdi. Dissertant F. Mehdiyeva dissertasiyanın əhatə etdiyi mözular haqqında məlumat verdikdən sonra “Riyazi analiz” şöbəsinin əməkdaşı professor Elman İbrahimov iş haqqında verdiyi öz müsbət rəylərini bildirdi.Digər rəyçi Aviasiya Akademiyasının əməkdaşı professor Mübariz Hacıbəyov seminarda iştirak etmədiyindən elmi seminarın katibi r.ü.e.d. dos. Miqdad İsmayılov onun müsbət rəyini məruzə etdi. Çıxış üçün söz alan iddiaçının elmi rəhbəri, AMEA-nın müxbir üzvü, professor Bilal Bilalov, professor Rəhim Rzayev, r.ü.f.d., dos. Əli Hüseynov iş haqqında öz müsbət fikirlərini bildirmiş, iddiaçıya uğurlar arzulamışlar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.