Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Elmi seminarın növbəti iclası keçirildi


23 iyun 2023-cü il tarixində saat 14:00-da AMEA Riyaziyyat və Mexanika İnstitutunun ED 1.04 dissertasiya şurasının növbəti iclası keçirildi. İclasda Günel Mirbala qızı Qasımovanın “Elliptik tip operator-diferensial tənliklərin həll olunma məsələlərinin tədqiqi” mövzusunda 1202.01 –Analiz və funksional analiz ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru dissertasiya işinin müdafiəsi keçirilmişdir.

Dissertasiya işinin elmi rəhbəri fizika-riyaziyyat elmləri doktoru, professor Sabir Mirzəyev olmuşdur. Keçirilən şurada iddiaçı Günel Mirbala qızı Qasımova dissertasiya işini müvəffəqiyyətlə müdafiə etmişdir. Dissertasiya işi haqqında rəsmi opponentlər fizika riyaziyyat elmləri doktoru, professor Aslanov Həmdulla İsrafil oğlu, riyaziyyat üzrə fəlsəfə doktoru Hüseynli  Əli Abbas oğlu, riyaziyyat üzrə fəlsəfə doktoru Əliyev Yaqub Nəcəf oğlu, eləcə də şura üzvləri öz müsbət fikirlərini söyləmişlər.

Sonda gizli keçirilən səsvermənin nəticəsi müsbət olmuşdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər