Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Elmi seminarın növbəti iclası keçirildi


Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun “Funksional analiz”, və “Riyazi fizika tənlikləri” şöbələrinin birgə iclasında 24 iyun 2023-cü il tarixində saat 1400-da Rada Əlirza seynovanın “Dördüncü tərtib qeyri-xətti Şturm sistemlərinin qlobal bifurkasiyasının tədqiqi”  mövzusunda 1202.01– Analiz və funksional analiz ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru dissertasiya işinin ilkin müzakirəsi keçirilmişdir.

İclası “Riyazi fizika tənlikləri”şöbəsinin müdiri dosent Əbdürrəhim Quliyev açaraq sözu Rada Hüseynovaya vermişdir. Rada Hüseynova dissertasiyanın əhatə etdiyi mözular haqqında məlumat verdikdən sonra  “Funksional analiz” şöbəsinin əməkdaşı professor Hidayət Hüseynov, “Riyazi fizika tənlikləri”şöbəsinin müdiri dosent Əbdürrəhim Quliyev iş haqqında verdikləri  öz müsbət rəylərini bildirdilər.

Cıxış üçün söz alan professor Hidayət Hüseynov, professor Məmməd Bayramoğlu, professor Həmidulla Aslanov, professor Vəli Qurbanov, dosent Şirmayıl  Bağırov iş haqqında öz müsbət fikirlərini bildirdilər iddiaçıya uğurlar arzulamışlar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər