Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Süni zəka İT sahədəki işçilərə artıq təsir göstərməyə başlayıb


İT sahənin mütəxəssisləri dəfələrlə bildiriblər ki, onlar süni zəkanın yaxın illər ərzində bir çox sahədə mütəxəssisləri əvəz edəcəyindən narahatdırlar. Məlum olub ki, onların proqnozları vaxtından tez reallaşmağa başlayıb və ilk növbədə öz iş yerlərini məhz texnoloji sektorun mütəxəssisləri itirməyə başlayıblar. Məlumatda qeyd edilib ki, say baxımından çoxalmaqda olan texnoloji şirkətlər işçilərin ixtisar edilmələrinin və yaxın aylar üçün yeni işçilərin qəbul edilməsi prosesinə yenidən nəzər yetirilməsinin əsas səbəbkarı məhz süni zəkadır. May ayında IBM şirkətinin CEO-su Arvind Krishna bildirmişdi ki, şirkət yaxın illər ərzində süni zəka ilə əvəzlənə biləcək vəzifələrə yeni işçilərin qəbulu prosesini dayandırıb. Digər İT şirkətlər də bu cür strategiya üzrə gedirlər.

Məsələn aprel ayının sonunda Dropbox servisi bildirmişdi ki, o öz iş yerlərinin 16%-ni ixtisar edir. Bu isə 500 nəfər işçinin işdən azad edilməsi deməkdir. Təbii ki, əsas səbəb son aylar ərzində olduqca inkişaf etmiş süni zəka sistemləridir. İnsanlar arasında olan narahatçılığa baxmayaraq iş yerlərinin sürətli şəkildə ixtisar edilməsi əvəzinə əmək bazarının tədricən transformasiyası reallaşır. Bu transformasiya çərçivəsində şirkətlər öz əməkdaşlarına yardım məqsədilə süni zəka sistemlərindən aktiv şəkildə istifadəyə və süni zəka texnologiyaları ilə yaxından məlumatlı olan mütəxəssislərə əlavə ödənişlərin edilməsinə hədəfləniblər. Məsələn Dropbox servisinin özündə süni zəka sistemlərindən istifadə mövzusu üzrə bir çox yeni vakansiya ortaya çıxıb.

Mütəxəssislər düşünürlər ki, yaxın zamanda insanların təcili şəkildə süni zəka ilə əvəzlənmələri baş verməyəcək. Qeyd etmək lazımdır ki, İT sahədə iş yerlərinin ixtisar olunması süni zəkanın geniş miqyasda yayılmasından daha öncə başladı. Bununla belə süni zəka mütəxəssislərinə tələbat bu cür texnologiyalardan istifadəyə tələbatın yüksəlməsi ilə eyni səviyyədə qalxır. Adi proqramçılar da iş yerlərinin ixtisar edilməsi riski ilə qarşı-qarşıya qalıblar. Onlar hər halda süni zəka texnologiyaları ilə yaxından tanış olan mütəxəssislərdən daha az əmək haqqı əldə edəcəklər. İT sahədə əmək bazarının dinamikasının izlənməsi ilə məşğul olan analitiklərin verdikləri məlumata əsasən süni zəka və machine learning üzrə ixtisaslaşmış proqramçı mühəndislərin gəlirləri digər sahələrdə çalışan proqramçılardan 12% daha yüksəkdir.

technote.az

Faydalı linklər