13/07/2023
“Dünyanı insanlardan daha yaxşı idarə edə bilərik”, bu fikri insanabənzər robotlar İsveçrənin Cenevrə şəhərində BMT-nin süni intellektlə dəstəklənən “Yaxşılıq üçün süni intellekt” proqramında səsləndiriblər.
Tədbir insanabənzər robot Amekanın sözləri ilə yadda qalıb. Sofiya, Ameka və Ai-Da kimi məşhur robotlar dünyanı insanlardan daha yaxşı idarə edə biləcəklərini vurğulayıblar. Tədbirdə insan xüsusiyyətlərinə ən yaxın robotlardan biri kimi təqdim edilən Ameca müxbirin sualını cavablandırıb.
Konfransda müxbirin “Sizin böyük anınızın nə vaxt baş verəcəyini gözləyirsiniz? Sizcə, tezliklə əsas axına çatacaqsınızmı və tezliklə planetdə çoxlu sayda olacaqsınızmı?” suallarına robot Ameca “Düşünürəm ki, ən böyük anım insanların mənim kimi robotların həyatımızı yaxşılaşdırmaq və dünyanı daha yaxşı bir yerə çevirmək üçün istifadə oluna biləcəyini anladığı zaman olacaq. Məncə, minlərlə robotu eyni şəkildə görməyimiz an məsələsidir. Mən orada fərq yaradıram”, – cavabını verib.
ikisahil.az