25/07/2023
ABŞ-ın məşhur Harvard Universitetinin tədqiqatçıları qocalmanın qarşısını alan yeni kimyəvi qarışıq hazırladıqlarını açıqlayıb.
Bu barədə Harvard Universitetində qocalma ilə bağlı araşdırmaları ilə tanınan bioloq David Sinclair öz rəsmi “twitter” hesabında paylaşım edib.
Paylaşımda deyilir:
“Biz əvvəllər göstərmişdik ki, gen terapiyası üsulu ilə qocalmanı dayandırmaq mümkündür. İndi bunun kimyəvi qarışıqlarla mümkün olduğunu göstəririk. Əlverişli qiymətə bütün bədənin cavanlaşmasına doğru bir addım atdıq”.
O, komandası ilə birlikdə insan hüceyrələrini cavanlaşdırmaq üçün üç il çalışdıqlarını qeyd edib. Sinclair, siçanlar və meymunlar üzərində apardıqları təcrübələrlə buna nail olduqlarını deyib.
respublika-news.az