Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Hindistanın kosmik aparatı tarixdə ilk dəfə Ayın Cənub qütbünə uğurlu eniş edib


Hindistanın Chandrayaan-3 adlı kosmik missiyası kosmik sahənin tarixinə öz adını yaza bildi. Belə ki, missiya çərçivəsində kosmik aparat uğurlu şəkildə Ayın Cənub qütbünə eniş edə bilib. Qeyd etmək lazımdır ki, bir neçə gün bundan öncə Ayın bu regionunda Rusiyanın Luna-25 adlı kosmik aparatı uğursuz eniş edərək yararsız hala gəlmişdi. Beləliklə Hindistan Aya uğurlu eniş etmiş dördüncü, bunu Ayın Cənub qütbündə etmiş birinci ölkə oldu. Qeyd etmək lazımdır ki, Ayın Cənub qütbü çox az müşahidə edilib və güman edilir ki, həmin regionda buz şəklində su mövcuddur. Daha öncə Aya yalnız üç ölkə eniş edib. ABŞ, keçmiş SSRİ və Çin. Hindistanın Chandrayaan-3 missiyasından fərqli olaraq adları sadalanmış ölkələrin göndərmiş olduqları kosmik aparatlar Ayın ekvatoruna yaxın sahədə eniş ediblər.

Belə ki, Ayın ekvatora yaxın sahəsi nisbətən xoşagələn temperatura və landşafta sahib təhlükəsiz sahə hesab edilir. Bununla yanaşı Ayın bu sahəsinə Günəş şüaları rahatlıqla çata bilirlər. Bu isə öz növbəsində özlərində Günəş batareyalarını birləşdirən aparatların və robotların şarj olunmaları üçün ideal şəraitdir. Hindistanın Chandrayaan-3 adlı kosmik aparatının Ay səthinə enişi zamanı baş tutmuş canlı yayım çərçivəsində ölkənin baş naziri Narendra Modi bildirib ki, bu missiyanın uğurlu nəticəsi ölkəni insanların kosmosa göndərilməsi üzrə olacaq gələcək missiyalara hazırlayır. Ayın Cənub qütbünün əksər sahəsi dərin kraterlərə və çökəkliklərə sahibdir. Onlar daimi olaraq qaranlıq mühitdə qalırlar.

Belə ki, Ayın bu sahəsi artıq milyardlarla il ərzində Günəş işığı görməyib. Nəticədə Ayın bu sahəsinin temperaturu -203 dərəcə Selsiyə kimi təşkil edə bilir. Bu cür ekstremal şərtlər Ayın bu sahəsinin Yer kürəsindən müşahidə edilməsini çətinləşdirir və üstəlik yüksək həssaslığa sahib təchizatların çalışmalarında çətinliklər yaradırlar. Qeyd etmək lazımdır ki, Chandrayaan-3 missiyası 14 iyul tarixində start götürmüşdü. 5 avqust tarixində kosmik gəmi Ayın orbitinə çatmışdı. Özündə Pragyan adlı robotu birləşdirmiş Vikram adlı eniş modulu 17 avqust tarixində kosmik gəmidən ayrılmışdı. Missiyanın növbəti mərhələsində Pragyan robotunun işə salınması reallaşdırılacaq. Sözügedən robot eniş etmiş olduğu Ay sahəsinin 2 həftə ərzində müşahidəsini reallaşdıracaq və elmi təcrübələr aparacaq.

technote.az

Faydalı linklər