13/09/2023
20.09.2023-cü il saat 10:00-da Ümuminstitut seminarında RMİ-nin “Funksiyalar nəzəriyyəsi” şöbəsinin müdiri r.e.d., prof. Vüqar Elman oğlu İsmayılov «İki cəbr cəmi ilə yaxınlaşma məsələsində ekstremal elementin xarakterizasiyası» mövzusunda məruzə edəcəkdir.
Məruzədə kompakt metrik fəzada təyin olunmuş kəsilməz funksiyaya iki cəbrlər cəmindən olan ən yaxın elementin xarakterizasiyası haqqında söhbət açılacaqdır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.