Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Azərbaycanlı alimin məqaləsi yüksək impakt faktorlu Q2 kateqoriyalı beynəlxalq jurnalda dərc edilib


RMİ-nin “Riyazi analiz” şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, professor Vaqif Quliyevin müəllifi olduğu məqalə çap olunub. Məqalə “Mathematical Inequalities and Applications” (http://mia.ele-math.com/volume/26) (WoS, IF-1.014)   yüksək impakt faktorlu  Q2 kateqriyalı jurnalda dərc edilib.

“Stratifid Li qruplarında təyin olunmuş Orliç fəzalarında maksimal funksiyanın kommutatorunun Lipşitz funksiyaları ilə xarakterizasiyası” adlı məqalədə stratifid Li qruplarında təyin olunmuş Orliç fəzalarında maksimal kommutator operatoru və maksimal operatorun kommutatorunun məhdudluğu üçün meyarlar alınmışdır.  Bu nəticələrin tətbiqi olaraq stratifid Li qruplarında təyin olunmuş Orliç fəzalarında maksimal kommutator operatorun və maksimal operatorun kommutatorunun məhdud olması üçün zəruri və kafi şərtlər tapılmişdir.

Məqaləni oxumaq üçün linkə keçid edin:

Xülasə

Tam Mətn

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.