21/09/2023
AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Funksional analiz” və “Riyazi fizika tənlikləri” şöbələrinin birgə iclasında 21 sentyabr 2023-cü il tarixində saat 1200-da Yuliya Qabil qızı Abbasovanın “Üçüncü tərtib matris əmsallı diferensial operatorun məxsusi və qoşulmuş funksiyalar sisteminin spektral xassələri” mövzusunda 1211.01-Diferensial tənliklər ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru dissertasiya işinin ilkin müzakirəsi keçirilmişdir.
İclası “Funksional analiz” şöbəsinin müdiri professor Həmdulla Aslanov açaraq sözu Yuliya Qabil qızı Abbasovaya vermişdir. İddiaçı dissertasiyanın əhatə etdiyi mözular haqqında məlumat verdikdən sonra “Riyazi fizika tənlikləri” şöbəsinin müdiri dos. Əbdurrəhim Quliyev, “Funksional analiz” şöbəsinin müdiri professor Həmdulla Aslanov iş haqqında verdikləri öz müsbət rəylərini bildirdilər.
Cıxış üçün söz alan professor Vəli Qurbanov, professor Mamed Bayramoğlu, professor Araz Əliyev, dosent Şirmayıl Bağırov iş haqqında öz müsbət fikirlərini bildirdilər və iddiaçının fəlsəfə doktoru dissertasiya işinin növbəti mərhələyə buraxılması məqsədəuyğun hesab edildi.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.