22/09/2023
BMT Baş Assambleyasında çıxışı zamanı ABŞ prezidenti Joe Biden süni zəka sahəsində əməkdaşlığın qurulması planı barəsində danışıb.
ABŞ prezidentinin sözlərinə əsasən bu, süni zəka potensialının faydalı işlərdə istifadəsi və eyni zamanda insanların texnologiyaların risklərindən qorunması üçün lazımdır. “Süni zəka kimi yeni texnologiyalar özlərində böyük potensialı və eyni zamanda böyük riskləri birləşdirirlər” – deyə Biden qeyd edib.
ABŞ prezidenti əlavə edib ki, texnologiyalar insanların sıxışdırılması üçün deyil, onların imkanlarının genişləndirilməsi üçün istifadə edilməlidir. Bu səbəbdən də ABŞ süni zəkadan istifadə qaydalarının tərtib edilməsi mövzusunda digər ölkələr ilə əməkdaşlıq edəcək. Biden-in sözlərinə əsasən bu, süni zəka texnologiyasının təhlükəsiz və cəmiyyətin idarəsi altında olması istiqamətində atılan ciddi və vacib bir addımdır.
technote.az