01/10/2023
11.10.2023-cü il saat 10:00-da Ümuminstitut seminarında “Funksional analiz” şöbəsinin baş elmi işçisi r.e.d., prof. Elşad Hətəm oğlu Eyvazovlov ”Spektral sürüşmə funksiyası və həyacanlanmış operatorun məxsusi ədədləri” mövzusunda məruzə edəcəkdir.
Məruzənin xülasəsi. Müsbət yarımoxda kvadratı ilə cəmlənən funksiyalar fəzasında birölçülü sərbəst Hamiltonianların köməyi ilə iki müsbət öz-özünə qoşma operator qurulur. Bu operatorlardan istifadə edilərək fərqi birölçülü ranqa malik olan spektral mütləq kəsilməz olan məhdud öz-özünə qoşma operatorlar cütü qurulur. Bu cüt üçün M. G. Kreynin spektral sürüşmə funksiyası aşkar şəkildə tapılır. Həyacanlanmanın Hölder mənada A -hamar olmasına baxmayaraq, spektral sürüşmə funksiyasının birinci növ kəsilmə nöqtəsinin həyacanlanmış operatorun məxsusi ədədi olmadığı göstərilir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.