Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

2023-cü il fizika üzrə Nobel mükafatının qalibləri açıqlanıb


2023-cü il üzrə fizika sahəsində Nobel mükafatına layiq görülən alimlərin adları açıqlanıb.

Nobel Komitəsi oktyabrın 3-də ABŞ-ın Ohayo Dövlət Universitetindən Pyer Aqostini, Maks-Plank Kvant Optika və Münhen Lüdviq-Maksimilian Universitetindən macar-avstriyalı alim Ferens Krauz və İsveçin Lund Universitetindən fransız Ann L`yülyenin 2023-cü il üzrə fizika sahəsində Nobel mükafatına layiq görüldüklərini elan edib. Onlar bu mükafata “maddədə elektronların hərəkətini öyrənmək üçün attosaniyəlik işıq impulsları yaradan eksperimental üsullar üçün” tədqiqata görə layiq görülüblər.

nobelprize.org

Faydalı linklər