Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Elmi seminarın növbəti iclası keçirildi


11 oktyabr 2023-cü il saat 12:00-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun “Dalğa dinamikası” və “Deformasiya olunan bərk cisim mexanikası” şöbələrinin birgə təşkil etdiyi genişləndirilmiş iclasında Lətif Xəlil oğlu Talıblının sədrliyi ilə Aytən Hafiz qızı Mövsümovanın “Mühitlə təmasda olan düzbucaqlı müstəvi və möhkəmləndirilmiş silindrik lövhələrin rəqsləri” mövzusunda 2002.01-Deformasiya olunan bərk cisim mexanikası ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru dissertasiya işinin ilkin müzakirəsi keçirildi. Aytən Hafiz qızı Mövsümova 2002.01-Deformasiya olunan bərk cisim mexanikası ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru dissertasiya işinin elmi seminarının keçirilməsi üçün növbəti mərhələyə buraxılması  müzakirə olundu. İclas iştirakçılarından çıxış edənlər iş haqqında öz müsbət fikirlərini bildirdilər və iddiaçıya uğurlar arzuladılar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər