Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Gələcəkdə telefonu əvəz edəcək cihaz


Dünyanın aparıcı şirkətlərindən olan “Apple” gələcəkdə telefonu əvəz edə biləcək cihaz hazırlayıb. Türkiyə mətbuatının yaydığı xəbərə görə, “Humane Ai Pin” adı verilən yeni cihaz əl ilə qarşılıqlı əlaqədə olan təsvir proyeksiya edir.

Cihaz displey əvəzinə proyektoru (böyük ekranda təsvirin yaradılması üçün nəzərdə tutulmuş optik cihaz) olan çox yığcam telefona bənzəyir. O, geyimə yapışdırılır, mətn və şəkilləri birbaşa ovucun üzərinə çıxarır. Yeni texnologiya haqqında hələ ki, çox az məlumat var. Onun funksiyalarına zənglər, kamera, tərcüməçi, səsli köməkçi, həmçinin ətrafdakı obyektlərin tanınması daxildir. Məsələn, cihaz mağazadakı məhsulu skan edə və onunla bağlı suallara cavab verə bilər. Bu, süni intellekt alqoritmlərinin geniş tətbiqi sayəsində mümkündür.

Qeyd edilir ki, beş il ərzində “Humane” startapı artıq 240 milyon dollar məbləğində vəsait toplayıb və bundan əvvəl o, “ChatGPT” çatbotunu yaradan “Open Ai” şirkətinin rəhbəri Sam Altmanın diqqətini çəkib. O, təkmilləşdirmədə birbaşa iştirak etməsə də, “Humane”yə fəal şəkildə sərmayə qoyur.

İnqilabi cihazın neçəyə başa gələcəyi və nə vaxt satışa çıxarılacağı barədə hələlik məlumat yoxdur. Məlumata görə, “Humane Ai Pin”in tam təqdimatı bu ayın sonuna planlaşdırılır.

respublika-news.az

Faydalı linklər