Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirildi


11 oktyabr 2023-cü il tarixində AR ETN Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirildi. Seminarda “Funksional analiz” şöbəsinin baş elmi işçisi r.e.d., prof. Elşad Hətəm oğlu Eyvazov ”Spektral sürüşmə funksiyası və həyacanlanmış operatorun məxsusi ədədləri” mövzusunda məruzə edib.

Məruzədə müsbət yarımoxda kvadratı ilə cəmlənən funksiyalar fəzasında birölçülü sərbəst Hamiltonianların  köməyi ilə iki müsbət öz-özünə qoşma operator qurulur. Bu operatorlardan istifadə edilərək  fərqi birölçülü ranqa malik olan spektral mütləq kəsilməz olan  məhdud öz-özünə qoşma operatorlar cütü qurulur. Bu cüt üçün M. G. Kreynin spektral sürüşmə funksiyası aşkar şəkildə tapılır. Həyacanlanmanın Hölder mənada A -hamar olmasına baxmayaraq, spektral sürüşmə  funksiyasının birinci növ kəsilmə nöqtəsinin  həyacanlanmış operatorun məxsusi ədədi olmadığı göstərilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər