Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

İqtisadiyyat üzrə Nobel mükafatının qalibinin adı açıqlanıb


2023-cü il üçün iqtisadiyyat üzrə Nobel mükafatı amerikalı Klaudia Qoldinə verilib.

Nobel Komitəsi oktyabrın 9-da amerikalı tədqiqatçı Klaudia Qoldinin Nobel mükafatına layiq görüldüyünü elan edib. O, bu mükafata “əmək bazarında qadınların rolu haqqında anlayışın təkmilləşdirilməsinə” görə layiq görülüb.

Klaudiya Qoldin 1946-cı il 14 may tarixində Amerika Birləşmiş Ştatlarında anadan olub.

Qoldin daha çox qadınlar və iqtisadiyyat mövzusunda yazdığı əsərləri ilə tanınır.

Onun bu sahədə yazılarının əksəriyyəti qadınların ailə axtarışları və münasibətlərinin tarixi, ali təhsil məsələsi, karyera və evlilik, karyeranın evlilik qərarlarına təsiri, nikahdan sonra qadınların soyadlarının sosial göstərici kimi olması və digər bu kimi mövzularda olub.

Qoldin, həmçinin ABŞ-nin cənub bölgəsinə dair iqtisadiyyat araşdırmaları ilə də tanınır.

science.gov.az

Faydalı linklər