Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Elmi seminarın növbəti iclası keçirildi


Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi  Riyaziyyat və Mexanika İnstitutunun “Riyazi fizika tənlikləri” və “Optimal idarəetmə” şöbələrinin birgə iclasında 12 oktyabr 2023-cü il tarixində saat 1200-da Günay Qəfil qızı İsmayılovanın “Bəzi tərs sərhəd məsələlərin həllinə optimallaşdırma üsullarının tətbiqi” mövzusunda 1211.01-Diferensial tənliklər ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru dissertasiya işinin ilkin müzakirəsi keçirilmişdir.

İclası “Optimal idarəetmə” şöbəsinin müdiri AMEA-nın müxbir üzvü professor Misir Mərdanov açaraq sözu Günay İsmayılovaya vermişdir. İsmayılova dissertasiyanın əhatə etdiyi mövzular haqqında məlumat verdikdən sonra elmi rəhbəri professor Hamlet Quliyev dissertasiya işi haqqında qısa məlumat verdi. Daha sonra “Optimal idarəetmə” şöbəsinin əməkdaşı AMEA-nın müxbir üzvü professor, Kamil Ayda-zadə, “Riyazi fizika tənlikləri” şöbəsinin baş elmi işçisi professor Fərman Məmmədov iş haqqında öz müsbət rəylərini verdiklərini bildirdilər və iddiaçıya uğurlar arzuladılar.

Çıxış üçün söz alan “Riyazi fizika tənlikləri” şöbəsinin müdiri f.-r.e.n. Əbdürrəhim Quliyev, icraçı direktor r.e.d. professor Ədalət Axundov iş haqqında öz müsbət fikirlərini bildirdilər və iddiaçıya uğurlar arzuladılar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər