Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirildi


18 oktyabr 2023-cü il tarixində AR ETN Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirildi. Seminarda “Diferensial tənliklər” şöbəsinin baş elmi işçisi Əliyev Bəhram Əli oğlu “İkinci tərtib elliptik diferensial-operator tənlik üçün bəzi sərhəd məsələləri haqqında” mövzusunda məruzə edib.

Məruzədə ikinci tərtib elliptik diferensial-operator tənlik üçün sərhəd şərtlərindən birinə xətti operator (məhdud, qeyri-məhdud) və  ya  spektral parametr daxil olan sərhəd məsələlərinə baxıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər