Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Elmi seminarın növbəti iclası keçirildi


18 oktyabr 2023-cü il saat 11:00-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun ED 1.04  dissertasiya şurasının nəzdindəki 1202.01- Analiz və funksional analiz ixtisasında elmlər və fəlsəfə doktoru dissertasiyalarının müzakirəsi üzrə Elmi seminarın növbəti iclasında professor Hidayət Hüseynovun sədrliyi ilə Səbinə Rahib qızı Sadıqovanın “Xətti topoloji fəzalarda sistemlərin freymlilik xassələri haqqında” mövzusunda riyaziyyat elmləri doktoru dissertasiya işinin müzakirəsi keçirildi. Səbinə Rahib qızı Sadıqova dissertasiya işi və aldığı nəticələr haqqında məlumat verdi. Sonra rəyçilər və iclas iştirakçıları iş haqqında öz müsbət fikirlərinin bildirdilər.  İddiaçı  növbəti mərhələyə buraxıldı və Səbinə Sadıqovaya uğurlar arzulandı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər