Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Dissertasiya şurasının növbəti iclası keçirildi


27 oktyabr 2023-cü il tarixində saat 14:00-da AMEA Riyaziyyat və Mexanika İnstitutunun ED 1.04 dissertasiya şurasının növbəti iclası keçirildi. İclasda Gəncə Dövlət Universitetinin əyani doktorantı Rza İbrahim oğlu Ələsgərovun “Bir sinif diskret Dirak operatoru üçün spektral analizin tərs məsələsi və onun tətbiqi” mövzusunda 1202.01-Analiz və funksional analiz ixtisasında riyaziyyat elm sahəsi üzrə fəlsəfə doktoru  dissertasiya işinin müdafiəsi keçirilmişdir.

Keçirilən şurada iddiaçı Rza İbrahim oğlu Ələsgərov dissertasiya işini müvəffəqiyyətlə müdafiə etmişdir. Dissertasiya işi haqqında rəsmi opponentlərin, f-r.e.d., prof. Həmidulla Aslanov, r.e.d., dos. Elnur Xəlilov və f-r.e.n., dos. Fuad Abdullayevin iş haqqında  müsbət rəyləri dinlənildi. Eləcə də şura üzvləri dissertasiya işi haqqında öz müsbət fikirlərini söylədilər.

Sonda gizli keçirilən səsvermənin nəticəsi müsbət olmuşdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər